RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 17-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Con Neqroponte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir.
Dövlət katibinin müavini seçkilərdə qələbə qazanması münasibətilə dövlətimizin başçısını həm öz adından, həm də Amerika Birləşmiş Ştatlarının hökuməti adından təbrik etmiş və ona növbəti Prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev təbriklərə görə Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Con Neqroponteyə minnətdarlığını bildirmişdir.