PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunmuş, dövlət başçıları əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirmişlər.
Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslər ətrafında da fikir mübadiləsi aparmışlar.