Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Nizami Məmmədov: Azərbaycan ekoloji təhlükəsizliyin təmin olunmasında mühüm uğurlar əldə edib

Professor Nizami Məmmədov: Azərbaycan ekoloji təhlükəsizliyin təmin olunmasında mühüm uğurlar əldə edib

Moskva, 14 dekabr, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, həmvətənimiz, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya Ekologiya Akademiyasının akademiki, UNESCO-nun eksperti Nizami Məmmədov ekologiyanın fəlsəfi problemlərinin araşdırılmasına və ekoloji təhsilin inkişafına verdiyi töhfələrə görə Rusiya Ekologiya Akademiyası rəyasət heyətinin və V.İ.Vernadski adına Fondun qərarına əsasən V.İ.Vernadski ordeni ilə təltif edilib. AZƏRTAC Nizami Məmmədov ilə müsahibəni təqdim edir.

-Nizami müəllim, növbəti mötəbər mükafata layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Məlumdur ki, V.İ.Vernadski ordeni təbiət elmləri və davamlı inkişaf nəzəriyyəsi sahəsində xüsusi xidmətlərə görə təqdim olunur. Bu sahədə fəaliyyətiniz barədə məlumat verə bilərsinizmi?

-Təşəkkür edirəm. Uzun müddətdir ki, ekologiyanın fəlsəfi məsələləri ilə məşğul oluram. Bu mövzuda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişəm, 40-dan çox namizədlik və doktorluq dissertasiyalarının rəhbəri olmuşam. Rusiya elektron kitabxanasının statistikasına görə, hazırda mənim elmi məqalələrim bu sahədə ən çox istinad olunan əsərlər siyahısındadır.

Ekoloji təhsillə 1990-cı illərin əvvəllərində, SSRİ Pedaqoji Elmlər Akademiyasının rəhbəri, akademik İvan Zveryevin təklifi ilə məşğul olmağa başladım. O, “Voprosı filosofii” jurnalında dərc olunmuş ümumi ekoloji anlayışlar barədə məqalələrimi çox bəyənmişdi. Həmin dövrdə pedaqoji ictimaiyyət ekologiyanin müxtəlif istiqamətlərinin konseptual sintezi məsələlərinin müzakirəsi ilə məşğul idi. Onu da deyim ki, yalnız bu sintez əsasında məktəblər üçün dərslik hazırlamaq mümkün idi. Elə həmin dövrdə mən tanınmış pedaqoq, professor İrina Suraveginanın ekologiya haqqında dərslik yazmaq təklifini qəbul etdim və ilk dərs vəsaiti 1996-cı ildə işıq üzü gördü. Kitaba ön sözü və sözardını akademiklər Aleksandr Yanşin və Nikita Moiseyev yazmışdılar. Yeri gəlmişkən, həmin dərslik bir neçə dəfə çapdan çıxıb və bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

Bu ilin oktyabrında Rusiyanın Nijni Novqorod şəhərində “Davamlı inkişaf üçün ekoloji təhsil: nəzəriyyə və pedaqoji reallıq” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda dərsliyin artıq 5-ci nəşri təqdim olundu. Orta məktəb dərsliyi ilə yanaşı, mən həm də ali məktəblər üçün ekologiya və davamlı inkişaf nəzəriyyəsi üzrə bir sıra dərsliklərin müəllifiyəm.

-Hələ ötən əsrin 70-ci illərində UNESCO və BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramı ekoloji təhsili insan və təbiətin qarşılıqlı fəaliyyətinin əsas vasitəsi kimi irəli sürmüşdü. Davamlı inkişaf üçün təhsil anlayışı sonralar meydana gəldi. Ekoloji təhsil və davamlı inkişaf üçün təhsil bir-biri ilə necə uzlaşır?

-Burada söhbət davamlı inkişaf məsələlərinin bütün səviyyələrdə təhsilə inteqrasiyasından gedir. Davamlı inkişaf üçün təhsilin məqsədi davamlı inkişaf mədəniyyətinin formalaşmasıdır. Cəmiyyəti yalnız mədəni proqramlar vasitəsilə dəyişmək, ekoloji sivilizasiyanın əsaslarını yaratmaq olar. Təbii ki, davamlı inkişaf üçün təhsil çoxsahəlidir. Buraya iqtisadi və sosial məsələlər də daxildir. Ancaq ümumilikdə davamlı inkişaf ekoloji təhsilsiz mümkün deyil. Hazırda UNESCO 2030-cu ilədək davamlı inkişaf çərçivəsində təhsil perspektivlərini müəyyən edib.

-Azərbaycanda ekoloji problemlərin həlli və bu sahədə maarifləndirmə işlərinə yanaşmanı necə qiymətləndirirsiniz?

- Azərbaycan təkcə iqtisadiyyat sahəsində deyil, eləcə də ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm uğurlar əldə edib. Azərbaycan rəhbərliyi ekoloji məsələlərə xüsusi həssaslıqla yanaşır. Ekoloji problemlərin üzə çıxarılmasında Həsən Əliyev, Cəlal Əliyev, Urxan Ələkbərov, Sevda Məmmədəliyeva, Məmməd Salmanov kimi alimlərin xidmətləri danılmazdır. Azərbaycanda meşə sahələrinin bərpası, Abşeron yarımadasının yaşıllaşdırılması, neftlə çirklənmiş sahələrin təmizlənməsi sahəsində xeyli işlər görülüb, Bakıda içməli suyun keyfiyyəti yaxşılaşdırılıb. Ekoloji maarifləndirmə işinin ictimai şüurun mühüm hissəsinə çevrilməsi, gənclərin bu fəaliyyətə cəlb olunması çox vacib işdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA İctimai Birliyi son zamanlar bu sahədə böyük işlər görür.

Heç şübhəsiz, respublikada hərtərəfli düşünülmüş ekoloji maarifləndirmə və təhsil davamlı inkişafa keçidin əsaslarını müəyyənləşdirəcək, beynəlxalq əks-səda doğuracaq, dünya ictimaiyyətində humanist, gələcək inkişafa köklənmiş Azərbaycan obrazının formalaşmasına kömək edəcək.

-Siz UNESCO-nun eksperti və bu təşkilatın dəstəyi ilə Bakıda “Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivlər” mövzusunda silsilə konfransların keçirilməsinin təşəbbüskarısınız. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Bu konfransların Bakıda keçirilməsini mən və o zaman UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, hazırda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva birgə təklif etdik. Təklifimiz UNESCO-nun rəhbərliyi tərəfindən bəyənildi. 2011-2014-cü illərdə Bakıda davamlı inkişaf mədəniyyəti mövzusunda dörd beynəlxalq konfrans keçirilib. Bu konfranslardan sonra Çinin Xancou şəhərində UNESCO-nun bu mövzuda ümumdünya konfransı təşkil olundu.

Bakıda davamlı inkişaf mədəniyyətinə həsr olunan konfranslar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, nazir Əbülfəs Qarayev və o zaman Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılovun dəstəyi ilə keçirilirdi. Əldə etdiyim məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər həm də Bakıda bu yaxınlarda yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə davam etdiriləcək. Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın davamlı inkişaf və ekoloji təhsil sahəsində fəaliyyətini əsaslandıraraq doğru bildirib ki, ekoloji təhsil və tərbiyənin inkişafı təbiətin mühafizəsi ilə yanaşı, sosial və iqtisadi əhəmiyyətə malikdir. Bu, türkdilli ölkələrdə davamlı inkişaf mədəniyyətinin formalaşdırılması üçün çox vacibdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin fəal iş aparacağı da planlaşdırılır.

-Siz Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada hər il keçirilən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Əliyev qiraətləri”nin təşkilatçılarındansınız.

- “Əliyev qiraətləri”nin proqram komitəsinin həmsədri və materialların redaktoru olmaq mənim üçün böyük şərəfdir. “Əliyev qiraətləri”ni 2010-cu ildə Rusiya-Azərbaycan müştərək fəlsəfə tədbiri kimi başlamışdıq. O zaman qiraətlərdə 60-a yaxın alim iştirak edirdi. İndi iştirakçılarımızın sayı 1000 nəfərdən çoxdur. Onlar müxtəlif ölkələri təmsil edirlər. Qiraətlərin mövzusu artıq bütün sosial-humanitar elmləri əhatə edir. Başlıcası isə budur ki, dərc olunan materiallar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

-Sizin tərcümeyi-halınız və Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasında fəaliyyətiniz elmi söhbətlərimizin kölgəsində qaldı. Siz Azərbaycan mədəniyyətinin və ədəbiyyatının tanıdılması işinə də öz töhfənizi verirsiniz. Sizin Müslüm Maqomayev, Rafiq Qurbanov, Firudin Köçərli, İlyas Əfəndiyev haqqında maraqlı esseləriniz var. Hətta ekologiya dərsliyində Siz Azərbaycan klassiklərindən nümunələr gətirirsiniz. Rusiya məktəblərində ekologiya fənnini öyrənən şagirdlər yəqin ki, ilk dəfə Nizami, Nəsimi, Səməd Vurğun haqqında məlumat alırlar... Azərbaycan ədəbiyyatını nə vaxt öyrənmisiniz? Müasir yazıçılarımızdan kimlərin əsərləri Sizə ruhən yaxındır?

-Mən humanitar mühitdə böyümüşəm. Ədəbiyyata, söz sənətinə marağım hələ uşaqlıqdan var idi. Atam tarix elmi üzrə təhsil alsa da hərbçi idi. Buna baxmayaraq, tarixə, memuar ədəbiyyatına sevgisini ömrünün sonunadək qoruyub saxlamışdı. Anam filologiya fakültəsinin məzunu idi. Zəngin ailə kitabxanamız var idi. Təsadüfi deyil ki, bacım sonralar filologiya sahəsində alim oldu. Mən isə orta məktəbi bitirəndən sonra kibernetika ilə maraqlanmağa başladım və Azərbaycan Politexnik Universitetinə daxil oldum. Humanitar sahəyə marağım isə akademik Firudin Köçərli ilə tanışlığımdan sonra başladı. SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına təbiətşünaslığın fəlsəfəsi ixtisası üzrə daxil olmağı da o, mənə təklif etdi. Bundan sonra mən təsadüfün hökmünə inanmağa başladım... Qısa müddət ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə etdim və Sovet İttifaqında ən gənc fəlsəfə doktorlarından biri oldum. Ancaq UNESCO-nun eksperti olmağıma hələ onilliklər qalırdı.

Klassik ədəbiyyatı çox sevirəm, mütəmadi olaraq klassiklərin əsərlərini yenidən oxuyur, hər dəfə özüm üçün yeni məqamlar kəşf edirəm. Fikrimcə, yazıçının ziddiyyətli baxışları onun dahiliyindən xəbər verir. Puşkinin və Çexovun, Mopassanın və Markesin, Hüseyn Cavidin və Səməd Vurğunun əsərlərini dəfələrlə oxumuşam. Ədəbiyyat həm də mənim üçün həyatın fəlsəfəsinin bədii haşiyəsi, ifadəsi kimi maraqlıdır. Bu baxımdan, Azərbaycan yazıçısı Elçinin çoxşaxəli yaradıcılığı mənim üçün olduqca dəyərlidir. Onun əsərləri müxtəlif səviyyələrdə və müxtəlif dövrlərdə həyati həqiqətləri əks etdirir, oxucuda əsl insan modelinin, harmonik cəmiyyətin təsəvvürünü yaradır.

-Vətənlə bağlı hansı xatirələriniz var? Azərbaycan alimləri ilə əlaqələriniz qırılmayıb ki?

-Gənclik illərimdə Azərbaycanda mövcud olan ab-havanı xatırlayıram. Keçmiş aspirantlarım Azərbaycanda yüksək vəzifə sahibləridirlər. Onların arasında AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, professorlar Adil Əsədov, Zakir Məmmədəliyev, Nazim Hüseynli və başqaları var. Qarabağ müharibəsinin çətin illərində “Bakinski raboçi” qəzetində (1993-cü ilin oktyabrı) “Qarabağ sindromu” adlı məqaləm çıxmışdı. Bu məqalə Qarabağ mövzusunda ən yaxşı analitik yazı kimi sonralar dəfələrlə dərc olunub.

Son illər dünya elmi, mədəni, siyasi elitasının görüş yerinə çevrilən Bakı Humanitar forumlarında iştirak etmişəm. Forum iştirakçıları Azərbaycanın qonaqpərvərliyinə, tədbirin düşünülmüş şəkildə tərtib edilmiş proqramına, regionlarla tanışlıq imkanlarına heyran qalırdılar.

-Müasir Azərbaycanın indiki vəziyyətini necə qiymətləndirirsiniz?

-Hələ Platon yazırdı ki, dövlətə müdrik adamlar rəhbərlik etməlidirlər... Bəxtimiz gətirdi ki, tarixin dönüş dövründə Azərbaycana rəhbərliyi görkəmli siyasi xadim Heydər Əliyev öz üzərinə götürdü. Heydər Əliyevin nikbin həyat mövqeyi, yüksək humanist ideyaları, sosial hadisələri düzgün qiymətləndirmək bacarığı var idi.

Onun fəaliyyəti müxtəlif faktların hərtərəfli təhlilinə, siyasi həqiqətlərin dərindən öyrənilməsinə əsaslanırdı. Elə seçilmiş yolun doğruluğuna inam və bu inamın əhalinin geniş kütləsinə də təlqin edilməsi bununla izah olunur. Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev uğurla, səmərəli şəkildə davam və inkişaf etdirir. O, xalqın arzu və istəklərini, qlobal prosesləri, böyük dövlətlərin siyasətinin mahiyyətini dərindən bilir. Prezident İlham Əliyevin respublika iqtisadiyyatının çoxşaxəli inkişaf proqramı neftdən asılılığın aradan qaldırılması, alternativ enerji mənbələrinə müraciət edilməsi, aqrar sektorun, yüngül sənayenin, turizmin inkişafına yönəldilib. Azərbaycan Prezidentinin korrupsiyaya qarşı barışmaz və kəskin mövqeyi təqdirəlayiqdir. Hazırda Azərbaycan üçün ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Bu problem həll olunmayınca regionun tam davamlı inkişafından danışmaq əbəsdir.

Mən fürsətdən istifadə edərək Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Onun intellektual, insani, işgüzar keyfiyyətləri Prezidentin sosial və humanitar sahələrdə uğurlu siyasətini uyğun şəkildə tamamlayır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub