Azərbaycan Dövlət İnformasiya Agentliyi

Psixoloq: Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur - MÜSAHİBƏ

Psixoloq: Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur - MÜSAHİBƏ

Bakı, 17 aprel, Leyla Muradzadə, AZƏRTAC

Autizm bir çox sual doğuran və bəzən stereotiplərlə əhatə olunan bir mövzudur. Lakin vəziyyəti dərindən araşdırmaq, autizm spektri pozğunluğu olan insanların bənzərsiz güclü olduğunu görməyə imkan verir. Bu halla yaşayan insanların inkişaf xüsusiyyətləri və onlara dəstək üsulları haqqında Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının doktorantı, təlimçi Lamiyə Əhmədli-Şirinova ilə söhbət etdik.

AZƏRTAC müsahibəni təqdim edir.

- Elektron cihazların geniş yayılmasını nəzərə alaraq, onların аutizm spektr pozuntusunun inkişafına potensial təsirini necə qiymətləndirirsiniz - onlar risk faktoru və ya əksinə dəstək vasitəsi ola bilərmi?

-Hər hansı bir texnoloji vasitələrin istifadəsinin təsirini аutizm spektr pozuntusu olan uşaqlara şamil edə bilmərik. Ümumiyyətlə, elektron cihazlar inkişaf pozuntusu olan uşaqlara və yaxud heç inkişaf pozuntusu olmayan, ekran məruziyyəti altında böyüyən uşaqlara həmişə neqativ təsir göstərir. Uşaqlar birbaşa sosial kontaktda olmalıdırlar. Xüsusilə qüsurlu olan uşaqlarda biz buna daha çox diqqət yetirməliyik ki, onlar sosiallaşsınlar, valideynləri ilə daha çox vaxt keçirsinlər, öz yaşıdları ilə oynasınlar. Lakin bir məqamı da qeyd etmək istərdim. Məsələn, biz deyirik ki, uşaqları cizgi filmləri, proqramlar, öyrədici videolar inkişaf etdirir. Bu zaman sualı və onun cavabını verən şəxs də ekran içindədir. Uşaq təktərəfli ünsiyyət forması seçir. Bir müddət keçdikdən sonra bu, onun beyninin inkişafına mənfi təsir göstərir.

Əlbəttə, biz deyə bilmərik ki, autizmin səbəbi məhz budur. Bu pozuntunun səbəbi hazırda araşdırılır. Elm adamları hələ də bunun səbəbini tam müəyyənləşdirməyə çalışırlar. Autizm spektr pozuntusunun genetik və sosial faktorların qarşılığı təsirindən əmələ gəlməsi versiyası da mövcuddur.

-Autizm spektr pozuntusu olan insanları dəstəkləmək üçün hazırda hansı innovativ üsullar hazırlanır və tətbiq olunur?

-Autizm erkən yaş dövründə başlayır və üç yaşında özünü büruzə verir. Bu, ömür boyu davam edən bir neyro-inkişaf pozuntusudur. Uşağın vəziyyətinə uyğun olaraq psixoloqlar və digər mütəxəssislər reabilitasiya prosesi və müəyyən dərman vasitələri təyin edirlər. Bu da uşaqların həyat fəaliyyətinə, inkişafına təsir göstərən mənfi davranışları aradan qaldırılaraq, onların özünü idarə edə bilmələrinə kömək edir. Lakin autizm tamamilə aradan qalxmır. Əsl səbəbi bilinmədiyi üçün müalicəsi də tam yoxdur.

-Azərbaycanda autizm spektr pozuntusu olan şəxslərə tibbi və psixoloji yardımın göstərilməsi ilə bağlı vəziyyət hansı səviyyədədir?

- Autizm spektr pozuntusu olan şəxsə həkimlər tərəfindən diaqnoz qoyulur. Onu da qeyd edim ki, diaqnoz qoyulmadan öncə valideynlərin müşahidəsi pozuntunun tez aşkar olunmasına yol açar. Çünki o zaman biz yaxşı nəticə əldə edə bilərik. Diaqnoz qoyulduqdan sonra reabilitasiya prosesi başlayır. Uşağın problemli davranışlarını, ağır stereotiplərini dəstəkləmək üçün medikamentoz müalicə təyin olunur. Bununla yanaşı uşaqla loqopedlər, idman mütəxəssisləri, psixoloqlar reabilitasiya prosesinə başlayır. Əvvəlcə uşağın sağlamlıq vəziyyəti dəyərləndirilir. Nəticədə uşağın sağlamlıq səviyyəsi müəyyən olunur. Autizm niyə spektr pozuntusu adlandırılır? Çünki onun həm şiddətli, həm də yüngül halı ola bilər. Məsələn, bəzilərinin həddən artıq problemli davranışları olarkən, bəziləri sosial baxımdan çox qapalı olur. Hər uşaq fərqlidir. Ona fərdi olaraq bir proqram tərtib edilərək bunun əsasında işlənilir. Bu ondan ötrü edilir ki, аutizm spektr pozuntusu olan uşaqların müəyyən bacarıqları ortalığa çıxsın və onlar normal olaraq həyatına davam etsinlər.

-Аutizm spektr pozuntusu olan uşaqlarda sosial uyğunlaşma prosesi necə gedir?

-Yalnız reabilitasiya prosesi ilə. Yəni, аutizm spektr pozuntusu olan uşaqlar bir-birindən fərqlənir. Yaxşı olardı ki, elə reabilitasiyadan asılı hala gəlməsinlər, valideynlər uşaqlara daha düzgün yanaşma tərzi seçərək özləri maariflənsinlər.

Məsələn, bəlkə o uşaq riyaziyyatı bilmir, lakin gələcəkdə bacarıqlı rəssam ola bilər. Amma bu o demək deyil ki, аutizm spektr pozuntusu olan uşaqlar istedadlı, xüsusi bacarıqlı olur.

-Sizin fikrinizcə, valideynlər autizm spektr pozuntusu barədə nə dərəcədə maarifləndirilir?

-Bildiyiniz kimi 2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür. Bununla əlaqədar ölkəmizdə də tədbirlər keçirilir. Əvvəlki illərə baxanda bu mövzu ilə əlaqədar maariflənmə var. Lakin valideynlərdə o qorxu hissi hələ də mövcuddur. Bəzən valideynlər heç autizmin nə olduğunu bilmir. Bu səbəbdən də autizm diaqnozunu eşidəndə qorxan valideynlər var.

Yəni, bu, bir haldır. Bunu xəstəlik kimi deyil, bir vəziyyət, bir hal adlandırmaq daha düzgün olardı. Sənin artıq bir fərqli, özəl bir uşağın var. Hər bir valideynin borcudur ki, şərtsiz şəkildə övladını qəbul etsin. Onları normal hala gətirmək üçün mütəxəssislərlə bir yerdə çalışmalıdırlar. Onsuz da valideyn olmaq çətindir, özəl övladı olanlar üçün isə bu, çox məsuliyyətlidir.

-Ölkəmizdəki autizm spektr pozuntusu olan insanların sayı ilə bağlı mövcud statistika barədə məlumat verərdiniz.

-Tam dəqiq statistik rəqəmlər yoxdur. Lakin onu qeyd etməliyəm ki, аutizm spektr pozuntusu qızlara nisbətən oğlanlarda 4 dəfə daha çoxdur. Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur. Rəqəm get-gedə artmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq