QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN GƏNCLƏR ÖZ HƏMYAŞIDLARINI DA AZƏRBAYCAN ZABİTİNİ MÜDAFİƏYƏ ÇAĞIRIRLAR
Təşkilatdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə Budapeştdə erməni əsgərini qətlə yetirmiş Ramin Səfərovun hüquqlarının müdafiəsi məsələsi müzakirə olunmuşdur. Qurumun sədri Vüqar Qədirov Xocalı faciəsi ərəfəsində Ramin Səfərovun atdığı bu addımın erməni işğalçılarına qarşı ən böyük xəbərdarlıq siqnalı olduğunu qeyd etmişdir. O, bu hadisəni dünya içtimaiyyəti qarşısında Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağını həyan etməsi ilə yanaşı, Azərbaycan gəncliyinin erməni qəsbkarlığına qarşı birmənalı mövqeyinin ifadəsi olduğunu vurğulamışdır. Ermənilər tərəfindən torpağı işğal olunmuş, yurd-yuvası talan edilmiş, minlərlə soydaşı qətlə yetirilmiş azərbaycanlı gənc şəhid olmuş əzizlərinin ruhunu, doğma vətənini və xalqını təhqir etmiş bir erməniyə qarşı yalnız belə rəftar edə bilərdi. Toplantıda çıxış edən digər natiqlər də insan mənəviyyatına və müharibə qanunlarına sığmayan Xocalı, Daşaltı, Ağdaban faciələrini törətmiş, minlərlə qız-gəlinlərimizə bu gün də əsir taleyi yaşadan erməni vandallarına verilən belə cəzanın tərəfdarı olduqlarını bildirmişlər.
Çıxışlarda Ramin Səfərovun əsl vətənpərvər zabit kimi Azərbaycan gənclərinə örnək olması fikri səslənmişdir. Tədbirin sonunda Ramin Səfərovun müdafiə olunması və onun məhkəməsinin Azərbaycan Respublikasında keçirilməsi üçün bütün Gənclər Təşkilatlarını birgə mübarizəyə çağıran müraciət qəbul olunmuşdur.