QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN SOYDAŞLARIMIZA BAYRAM SOVQATI
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nın icrası olaraq, Agentlik Xaçmaz və Şəmkirdə məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, Yeni il və Qurban bayramı münasibətilə ərzaq yardımı göstərmişdir.
Xaçmazda məskunlaşan 150 və Şəmkirdəki 84 qaçqın və məcburi köçkün ailəsinə 26 milyon manatlıq ərzaq - un, qənd, bitki yağı, düyü və çay paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]