QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN QƏSƏBƏLƏRİN TİKİNTİSİ DAVAM EDİR
Fond inşaat işlərinə böyük həssaslıq və tələbkarlıqla yanaşır. İşlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Məhz buna görə də sakinlər razılıq edir, podratçı təşkilatlar isə məsuliyyətlə çalışırlar. 62 nömrəli “Təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti 157 ev və 150 yerlik məktəb tikir. İndiyədək işlərin 85 faizi görülmüşdür. İnşaat işlərinə 220 nəfərdən artıq işçi cəlb edilmişdir. Onların arasında məcburi köçkünlər də çoxdur.
Salınan qəsəbələrdə bütün infrastrukturlar nəzərə alınmış, rabitə xidməti, yol, enerji və digər sosial problemlər yüksək səviyyədə həllini tapmışdır. Müasir tələblərə cavab verən məktəblərdə şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]