Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qadın cəmiyyətin aparıcı qüvvəsidir

Qadın cəmiyyətin aparıcı qüvvəsidir

Bakı, 5 mart, AZƏRTAC

Qadının cəmiyyətdə böyük rolu var. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Hicran Hüseynova bildirib ki, Azərbaycan tarixinə nəzər salsaq, kifayət qədər misallar göstərə bilərik : qəhrəman qadın hökmdarlar Tomris, Nüşabə, Heyran Nisə Bəyim, ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım Tuti Bikə, təkcə əsərləri ilə deyil, həm də ictimai-siyasi fəaliyyətləri ilə seçilən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri və digərləri. Zaman keçdikcə, nə qədər istedadlı, ağıllı və cəsarətli qadının adı tarixə yazıldı. Xüsusilə də, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, indiki terminlə desək, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirlər.

Komitə sədri qeyd edib ki, Azərbaycanın görkəmli ziyalıları, sahibkarları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışırdılar. XIX əsrin ikinci yarısında maarifçilər, ədiblər, nasirlər, siyasi xadimlər, ziyalılar “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Artıq XIX əsrin 60-cı illərindən başlayaraq Bakıda, Şamaxıda, Şuşada, Zaqatalada, Naxçıvanda, Qazaxda, Zərdabda və digər yerlərdə qızlar məktəbləri fəaliyyət göstərməyə başladı. Qızlar üçün ilk dünyəvi məktəbin açılmasından isə 120 il ötür. Bütün bu maarifçiliyin nəticəsi nə oldu, bir neçə nümunəni qeyd edə bilərik.1904-cü ildə Leyla Şaxtaxtinski tibb təhsilini davam etdirmək üçün İsveçrəyə getdi. O, Avropada təhsil alan ilk azərbaycanlı qadın idi. 110 il bundan əvvəl, yəni 1911-ci ildə ilk qadın jurnalı “İşıq” təsis olundu. Dövrün maarifpərvər ziyalısı Xədicə Əlibəyova Azərbaycan mətbuat tarixinə ilk xanım baş redaktor kimi düşdü. 1912-ci ildə Həmidə Cavanşir Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının 13-cü qurultayında geniş məruzə etdi. Bu, Azərbaycan qadınının beynəlxalq yığıncaqda ilk çıxışı idi. 1917-ci ildə Moskva Ümumrusiya Müsəlmanlarının Qurultayında Ə.M.Topçubaşovla birgə Səlimə xanım Yaqubova da iştirak edirdi. Bu, Azərbaycan qadının kişilərlə bir yerdə rəyasət heyətində ilk təmsilçiliyi idi. Şəfiqə Əfəndizadə 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Pərixan Sofiyeva 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olmuşdur. Müsəlman dünyasında ilk seçilən qadın deputatdır. Hələ 103 il bundan əvvəl, 1918-ci ildə qadınlarımız müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandılar. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. 23 ay yaşamasına baxmayaraq, az bir zamanda, qadın hüquqlarının müdafiəsi, qadın iştirakçılığının təmin edilməsi sahəsində elə bir ideyalar, sosial institutlar yarandı və möhkəm təməl qoyuldu ki, bu gün o, özünü həm dövlət qadın siyasətində göstərir, həm də Azərbaycan qadını məhz bu bəhrədən qidalanır. Sonrakı dövrlərdə də qadınlarımız cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, İlk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk dramaturq Səkinə Axundzadə, ilk qadın-bəstəkar Ağabacı Rzayeva, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilk nümayəndəmiz Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya. İlk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik İzzət Orucova, biologiya sahəsində ilk qadın akademik Validə Tutayuq, ilk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Həmin sırada elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Biz bu xanımlarla fəxr edirik! Onlar həm Azərbaycan elminə, həm ölkənin ictimai-siyasi inkişafına öz layiqli töhfələrini vermiş, özlərindən sonra böyük elmi-mədəni -ictimai irs qoymuşlar.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan H.Hüseynova deyib: “O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusi qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Artıq hər dəfə mən bunu bildirirəm ki, bu qanunların qəbul olunmasında Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rol var. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki məcəllələrinə dəyişikliklər və əlavələr edildi. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 77,6 faizi qadındır. Azərbaycanda hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür. Bütövlükdə savadlılıq 100 faizə çatdırılıb. Yaşı 15 və yuxarı olan qadınlar arasında savadlılıq 99,8 faiz, kişilər arasında isə 99,9 faizdir. 2000-ci ildə millət vəkilləri qadınların sayı dörd tam onda üç (4,3 faiz) faiz təşkil edirdisə, 2020-ci ildə qadın deputatların sayı artaraq on səkkiz tam onda iki (18,2 faiz) faiz təşkil etmişdir. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin spikeri qadın seçildi. 2004-cü ildə bələdiyyə orqanlarında qadınlar 4 faiz təşkil edirdisə, 2019-cu ildə (sonuncu bələdiyyə seçkisi) bələdiyyəyə seçilən qadınların xüsusi çəkisi 39 faiz olub. Hazırda prokurorluq orqanlarında qadınların sayı artmaqdadır. Qadın hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı artıb. ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd etmişdir ki, “elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir”. ICESCO-nun xoşməramlı səfiri olaraq bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edən Mehriban xanım qadın və qızların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladı: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”. Son illər qadın və qızlarımızın texniki və texnoloji sahələrə maraq göstərirlər. Məşğulluqda, iqtisadiyyat növləri üzrə 2005-ci ildə dörd mindən çox (4328) qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2016-cı ildə onların sayı 8278, 2019-cu ildə 10162 nəfərə çatıb. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə on dörd mindən çox (14 min 811) qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı iyirmi beş mini (25 min 386) ötüb. 2019-cu ildə 25 032 olmuşdur. Ölkədə 2017/2018-ci tədris ili üzrə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavr səviyyəsində təhsil alan qızların sayı 9 minə yaxınlaşır. 2019/2020-ci tədris ili üzrə isə bu rəqəm 10 mini ötmüşdür (10 min 312) Bu ixtisas üzrə magistratura sahəsində təhsilini davam etdirən qızların sayı 2 minə çatır. 2019/2020-ci tədris ili üzrə isə artın 3000 minə yaxınlaşıb. Lakin əlbəttə ki, bəzi çətinliklər də var, gender əsaslı zorakılığa qarşı mübarizə davam etdirilməlidir, aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində hələ də stereotiplər mövcuddur, bunu aradan qaldırmalıyıq. Xüsusilə də qadınlarda özünə inam hissi olmalıdır”.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”. Bəli, həqiqətən, bu gün Azərbaycan qadını - ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Bu Azərbaycan qadının unikallığıdır! Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmiş, ailələrində də vəzifələrini layiqincə yerinə yetiriblər. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. İlk növbədə, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı misal çəkə bilərik. Öz kreativliyi, müasir təfəkkürü ilə seçilən, hər zaman milli köklərimizə söykənərək Vətənə sadiq, xalqın maraqlarını qoruyan Mehriban xanım, eyni zamanda, ana kimi, həyat yoldaşının yaxın silahdaşı kimi nəinki ölkə, həm də dünya qadınları üçün nümunədir.

Deputat diqqətə çatdırıb ki, bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz, bu mümkün deyil. Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 faizdən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir. Qeyd edim ki, bu fikir böhranlı vəziyyətlərdə, hələ də davam edən pandemiya dövründə bir daha öz təsdiqini tapdı. Biz COVID-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, övladının, həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan ana-bacılarımızla qürur duyuruq! Biz onlara bir daha başsağlığı veririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Biz analarımızla fəxr edirik! Mən fürsətdən istifadə edib qadınları, anları, bacıları, qızlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Onların ailələrinə səadət, fəaliyyət göstərdikləri sahədə isə nailiyyətlər arzulayıram. Çünki onların uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib