Qadın məhkumlar üçün psixoloji seminar və yoqa üzrə təlimlər təşkil edilib
Bakı, 3 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 100-dən artıq məhkum üçün təşkil olunan psixoloji seminarda insan davranışları üzrə mütəxəssis tərəfindən hissləri, duyğuları, düşüncə və davranışları idarə etməklə bağlı maraqlı məlumat verilib, onlara seanslar keçirilib.
Daha sonra yoqa üzrə mütəxəssislər tərəfindən 15 qadın məhkum üçün yoqa təlimi təşkil edilib. Ebru sənəti üzrə mütəxəssis isə 10 qadın məhkuma su üzərində naxışlar çəkməyin xüsusi texnikalarını göstərib.