Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə yüksələn komandalar bəlli olub
Bakı, 19 mart, AZƏRTAC
Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə yüksələn komandalar bəlli olub.
AZƏRTAC xəbər verir ki, XVIII turun son qarşılaşmasında “Abşeron” komandası “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında baş tutan matçda “Gəncə” klubu 3:2 hesabı ilə qalib gəlib. Bununla da, komanda ümumi qələbələrinin sayını 8-ə çatdırıb. “Gəncə” və “Abşeron” klublarının qələbə sayı bərabərləşdiyindən daha çox xalı olan “Gəncə” bu mərhələni 4-cü yerdə başa vurub.
Beləliklə, qadınların Yüksək Liqasında XVIII turun yekununda ilk “səkkiz” yeri tutan “Turan”, “DH Volley”, “Milli Aviasiya Akademiyası”, “Gəncə”, UNEC, “Abşeron”, “Azərreyl”, “Murov Az Terminal” növbəti mərhələyə yüksəlib.
Pley-off mərhələsində 1/4 və 1/2 finallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün “qızıl set“ oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]