“QAFQAZ-XƏZƏR SALONU” LAYİHƏSİ AZƏRBAYCANI YAPONİYADA TƏBLİĞ EDƏCƏKDİR
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, layihədən məqsəd Yaponiyada çox az tanınan Azərbaycanın, onun mədəni irsinin, tarixinin, ədəbiyyatının, musiqisinin, folklorunun, görkəmli şəxsiyyətlərinin təbliği və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında həqiqətlərin yapon ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Osaka Universitetinin siyasi elmlər üzrə doktorantı, AYDC-nin sədri Rəhman Şahhüseynlinin layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Dzünitiro Koidzumi ilə imzaladıqları “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək inkişafı haqqında birgə Bəyannamə”dən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində atılmış əməli addımdır.
Layihə çərçivəsində seminarların, konfransların, müxtəlif tədbirlərin, habelə Azərbaycan dili kurslarının təşkili nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]