Qanlı Yanvar faciəsinin 22-ci ildönümü Tunisdə qeyd edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Mərakeşdəki səfirliyinin Tunisdəki nümayəndəliyində tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Tunisdə yaşayan həmvətənlərimiz, Tunisin Xarici İşlər Nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş xarici dövlətlərin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Səfir Sabir Ağabəyov Azərbaycan tarixinin bu qanlı səhifəsi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Ölkəmizdə təhsil almış Tunisli Məzunlar Cəmiyyətinin sədri Məhəmməd Auni bu kədəri Azərbaycan xalqı ilə birlikdə bölüşdüklərini bildirmişdir.
Türkiyənin Tunisdəki səfiri Akın Alqan Qanlı Yanvar faciəsi ilə əlaqədar xalqımıza başsağlığı vermişdir. O vurğulamışdır ki, Azərbaycan xalqının kədəri Türkiyənin kədəridir.
Sonda 20 Yanvar faciəsi haqqında filmlər nümayiş etdirilmiş, nümayəndəliyin foyesində qanlı hadisələrə dair kitab, fotosənədlər əsasında sərgi təşkil olunmuşdur. Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]