Qanlı Yanvar günü xatirələrdə
Bakı, 18 yanvar (AZƏRTAC).Yanvarın 18-də M.S.Ordubadinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı Yanvar günü xatirələrdə” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, gənclərin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır.
Muzeyin direktoru Lalə Abaszadə və digər çıxış edənlər 20 Yanvar faciəsi zamanı həlak olmuş gənclərin xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirmişdir.
Paytaxtın 19, 27, 269 nömrəli orta məktəblərinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]