Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycanda Atatürk Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyə universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Türkiyə Universitetləri məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirmişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişdir. O müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara qarşı qəddarlıq göstərilmiş, günahsız qanlar tökülmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etmişdir. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərmişdir.
Digər çıxış edən tədbir iştirakçıları da faciənin acı nəticələrindən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]