QAQFQAZ İSLAM ORDUSUNUN QƏHRƏMANLIQ YÜRÜŞLƏRİNİ ƏKS ETDİRƏN SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Milli Tarix Muzeyində Qafqaz İslam Ordusunun qəhrəmanlıq yürüşlərini əks erdirən sərgi açılmışdır.
Sərgidə qardaş türk əsgərlərinin Qafqaza gəlişini, Bakı və ətraf qəzaların bolşevik-daşnak hərbi birləşmələrinin zülmündən qurtarmasını əks etdirən fotoşəkillər, qəzet materialları, müxtəlif xatirə əşyaları nümayiş etdirilmişdir. Qəhrəman türk ordusunun yürüşlərindən, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın göstərdiyi igidliklərdən 90 il keçməsinə baxmayaraq, sərgidə nümayiş etdirilən eksponatlar bu gün də aktuallığını itirməmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç sərginin ziyarətçiləri arasında olmuşdur. O, jurnalistlərlə müsahibəsində bildirmişdir ki, Türkiyə-Azərbaycan dostluğunu əks etdirən bu sərgidə nümayiş olunan eksponatlar 90 il bundan əvvəl olduğu kimi, yenə də müasirdir və xalqlarımızın qardaşlığını əks etdirir.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin bu dostluğu xarakterizə edən “Bir millət, iki dövlət” kəlamını dönə-dönə xatırlatmış, illər, əsrlər ötsə də 90 il əvvəl Bakının işğaldan azad edilməsinin qəhrəmanlıq və şərəf tariximiz olaraq qalacağını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]