“Qarabağ” – “Bazel” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Bazel” (İsveçrə) oyununun stadionu dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.
Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq “Qarabağ” - “Bazel” görüşü saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]