“Qarabağ” klubu Avstriyada Rusiyanın “Dinamo” komandası ilə qarşılaşıb
Bakı, 29 iyun, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu Avstriyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Rusiyanın “Dinamo” (Moskva) klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. Qarşılaşmanın 62-ci dəqiqəsində rəqibin heyətində Kirill Pançenko fərqlənib. Qalan dəqiqələrdə komandamızın bir neçə dəfə fərqlənməyə şansı olsa da, bu fürsətdən yararlana bilməyib.
Beləliklə, matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ağdam klubu ilk iki yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına isə 2:5 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]