Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
Bakı, 15 noyabr, AZƏRTAC
Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.
Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün “Twitter” hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb. O yazıb: “Hələbdən olan suriyalı bu 3 oğlan - Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]