“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Qara bəy Əliverdilər
Bakı, 15 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti siması ictimai-siyasi xadim Qara bəy Əliverdilərdir.
Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olub. Şuşa realnı məktəbini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub.
O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridib. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqları tikilib.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir. Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]