İDMAN
“Qarabağ”ın rəqibi Liqa Kubokunda ilk qələbəsini qazanıb
Bakı, 23 dekabr, AZƏRTAC
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliyanın “Braqa” klubu Liqa Kubokunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Artur Jorjenin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında “Nasyonal”ın qonağı olub. Braqanın eyniadlı təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. Bununla da komanda turnirdə ilk qələbəsini qazanıb.
"Qırmızı-ağlar"ın heyətində qolları Joau Moutinyu, Sikou Niakate və Rikardu Orta vurublar.
Qeyd edək ki, A qrupunda yer alan “Braqa” 4 xalla turnir cədvəlinə başçılıq edir. Komanda qrupdakı ilk görüşündə “Kaza Piya” klubu ilə heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]
Azərbaycanda körlinq idman bölməsi açılıb
- 08.05.2024 [11:40]
Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
- 08.05.2024 [11:23]