Qaraçay üzərində yeni körpünün inşasına başlanılıb VİDEO
Bakı, 13 may, AZƏRTAC
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olacaq.
Hazırda körpüdə kənar dayaqların inşası işləri aparılır.