Qarışıq döyüşlər növü üzrə ən ağır çəkili idmançı vəfat edib VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Qarışıq döyüşlər (MMA) növü tarixində ən ağır çəkisi olan Emmanuel Yarboro 52 yaşında ABŞ-ın Riçmond şəhərində vəfat edib.
AZƏRTAC sözügedən döyüş növü üzrə “UFC” saytına istinadla xəbər verir ki, idmançının ölüm səbəbi barədə açıqlama verilməyib. Lakin məlum olub ki, 400 kiloqram çəkisi olan amerikalının ürəyində problem var imiş. Emmanuel Yarboro hələ 2007-ci ildə ürəktutma xəstəliyindən əziyyət çəkib.
Yarboro karyerası ərzində sumo, cüdo, döyüş və Amerika futbolu ilə məşğul olmuş ən ağır çəkili kimi Ginnesin rekordlar kitabına da düşüb.