Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qars müqaviləsinin imzalanmasından 100 il ötür

Naxçıvan, 13 oktyabr, Rauf Kəngərli, AZƏRTAC

Bu gün Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 100 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunub. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlayıb, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapıb.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.

Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı
qətiyyətli mübarizə aparıb

Akademik qeyd edib ki, Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur edib. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də, əhalini tabe edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi. 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1920-ci il dekabrın 1-də bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi”. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı.

İsmayıl Hacıyev deyib: Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvana gələn Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.

Behbud ağa Şahtaxtinski Naxçıvanın Azərbaycanın tərkibində
qalmasında mühüm rol oynayıb

AMEA Naxçıvan Bölməsinin sədri Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusilə qeyd edib. Diqqətə çatdırıb ki, onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırıb, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə edib, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər verib. B.Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırıb və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş verib. Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Müqavilədə bir sıra məsələlərlə yanaşı, Naxçıvanın Azərbaycanın himayəsində muxtariyyət statusu və bu himayəçiliyi üçüncü dövlətə verməyəcəyi öz əksini tapdı. Türk diplomatlarının səyi və təkidi nəticəsində Şərur-Dərələyəz Naxçıvanın ərazisi, Şərur-Dərələyəzi Ermənistandan ayıran xətt isə Naxçıvan-Ermənistan sərhəd xətti kimi qəbul edildi. Bu məsələlər Moskva müqaviləsinin 3-cü maddəsində və 1(C) əlavəsində öz əksini tapdı.

Moskva müqaviləsi ilə Rusiyanın Türkiyə ilə mübahisəli məsələləri həll olunsa da, Türkiyənin Cənubi Qafqaz respublikaları arasındakı ərazi-sərhəd məsələləri həll olunmamış qalmışdı. Ona görə də bu məsələlərin də həlli üçün yeni bir konfransın keçirilməsi zəruri idi. Bu konfransın keçirilməsi yeri əvvəl mübahisə doğursa da, sonda Qars şəhərində keçirilməsi razılaşdırıldı. Türkiyə hökuməti istəyirdi ki, Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Rusiya isə buna razı deyildi. Bu məqsədlə 1921-ci il mayın 7-də Cənubi Qafqaz respublikalarının xarici işlər nazirləri Tiflisə çağırılmışdı. Bu müzakirələrdə Azərbaycanı M.D.Hüseynov və B.Ə.Şahtaxtinski təmsil edirdi. Q.Orconikidze və B.Leqranın sədrliyi ilə keçirilən iclas hər üç Cənubi Qafqaz respublikasının qarşıdakı konfransda vahid mövqe tutması barədə qərar qəbul etdi. Qərarda deyilirdi: “Moskva müqaviləsi Türkiyə ilə aparılacaq danışıqların və imzalanacaq müqavilələrin əsasını təşkil etməlidir”.

1921-ci il 26 avqustda Azərbaycan K(b)P MK Bürosunun iclasında Türkiyə ilə müqaviləni imzalamaq üçün Azərbaycan nümayəndə heyətinin göndərilməsi məsələsi müzakirə edildi və B.Ə.Şahtaxtinski nümayəndə heyətinin sədri təsdiq edildi. Onun sədr təsdiq edilməsi faktının özü Sovet Azərbaycanı rəhbərliyinin vəziyyətin ümumittifaq nizamlanması kontekstində Naxçıvan probleminin hüquqi baxımdan təsbitində maraqlı olduğunu dolayısı ilə təsdiq edirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan KP-nin rəhbərliyində olan erməni əsilli nümayəndələr S.Danielyan, L.Mirzoyan, A.Mikoyan Q.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda B. Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Yalnız N.Nərimanovun bu məsələ ilə bağlı dəyişməz mövqeyi sayəsində B.Şahtaxtinski fəaliyyətini davam etdirə bildi.

Sovet Rusiyası ilə Türkiyənin Xarici işlər idarələri arasında yazışmalar nəticəsində Qars konfransının açılışının sentyabrın 26-na müəyyən edildiyini diqqətə çatdıran akademik bildirib ki, 1921-ci il sentyabrın 3-də Rusiya KP MK-in Qafqaz bürosu iclasda “Qars konfransı məsələsi” mövzusunda müzakirə keçirdi. Qarşıdakı Qars konfransında Rusiya və Cənubi Qafqaz respublikaları üçün təlimat xarakterli 7 maddədən ibarət qətnamə hazırlanmışdı. Qars konfransının keçirilməsi ərəfəsində - sentyabrın 17-də Türkiyə Böyük Millət Məclisi hökumətinin xarici işlər naziri Yusif Kamal bəy türk heyətinin konfransda necə hərəkət edəcəyi ilə bağlı Kazım Qarabəkir Paşaya təlimat göndərdi. Təlimatda Cənubi Qafqaz respublikaları ilə bağlı ayrı-ayrılıqda göstərişlər yer almışdı. Burada Azərbaycanla imzalanacaq müqavilə ilə bağlı məsələlərin nəzərə alınması tövsiyə edilirdi.

İsmayıl Hacıyev deyib: Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilib. Açılışda Kazım Qarabəkir Paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış ediblər. Danışıqlar çox gərgin və prinsipial keçib, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış ediblər. Konfransın birinci iclası onun gündəliyini müəyyənləşdirdi. İlk iclasda Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında müqavilə forması ciddi müzakirə predmetinə çevrildi. Türk heyəti hər bir respublika ilə ayrı-ayrılıqda müqavilələr imzalanmasını təklif etdi. Kazım Qarabəkir Paşa bunu belə əsaslandırırdı ki, “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlət kimi ayrıca müqavilə bağlamaq istəyirik”. RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi.

Türkiyə diplomatları Naxçıvan məsələsində qətiyyətli mövqelərini ortaya qoyublar

Qars konfransından əvvəl Tiflisdə bütün məsələlər olduğu kimi, Naxçıvan məsələsi də Azərbaycan və Ermənistan nümayəndələri arasında müzakirə edilib. İsmayıl Hacıyevin sözlərinə görə, məhz bu müzakirələr nəticəsində onlar ümumi mövqeni əks etdirən xüsusi memorandum hazırlayıb, Türkiyə nümayəndələrinə təqdim ediblər. Memorandumda bir sıra digər məsələlərlə yanaşı, Ermənistanın xeyrinə bəzi sərhəd düzəlişləri edilməklə “Azərbaycan SSR tərkibində muxtar Naxçıvan Sovet Respublikasının yaradılması” nəzərdə tutulurdu. Diplomatik müzakirələr nəticəsində hazırlanan memorandumun əsas məqsədi Türkiyəni Naxçıvan məsələsindən kənarlaşdırmaq idi. Konfransdakı müzakirələr açıq şəkildə göstərdi ki, Moskva müqaviləsindən fərqli olaraq Sovet təmsilçiləri bölgəyə türk nümayəndələrinin də daxil olduğu qarışıq bir komissiya göndərilməsi ehtimalını aradan qaldırmağa çalışırlar. Naxçıvan məsələsini Ankaranın iştirakı olmadan həll edilə bilən daxili işə çevirmək istəyirlər. Lakin Naxçıvan məsələsinə çox həssas yanaşan türk diplomatiyası buna yol vermədi. K.Qarabəkir Paşa Moskva müqaviləsinə uyğun olaraq Naxçıvan məsələsini Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanacaq müqaviləyə daxil edilməsini istədi.

Qars müqaviləsi Naxçıvanın sərhədlərini tam müəyyənləşdirib

Bölmə sədri diqqətə çatdırıb ki, nəhayət, uzun sürən müzakirə və mübahisələrdən sonra 1921-ci il oktyabrın 13-də RSFSR-in nümayəndəsinin iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Türkiyə diplomatları ilə 20 maddədən və 3 əlavədən ibarət Qars müqaviləsini imzalayıblar. Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləyib, onun sərhədlərini tam müəyyənləşdirib. Qeyd olunan maddədə yazılır: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Müqavilənin bu maddəsindən görünür ki, burada Moskva müqaviləsinin üçüncü maddəsinin müəyyən bir hissəsi, yəni “Azərbaycan bu himayəçilik haqqının üçüncü bir dövlətə heç bir zaman güzəştə gedə bilməməsi” öz əksini tapmayıb. Lakin məsələnin belə qoyuluşunun üstün cəhəti ondan ibarət idi ki, Ermənistan Naxçıvan vilayətinin Azərbaycan ərazisi olduğunu tanıyır və müqaviləni imzalamaqla öz üzərinə siyasi-hüquqi öhdəlik götürmüş olurdu. Lakin göründüyü kimi, bu halda Moskva müqaviləsindən fərqli olaraq Azərbaycanın Naxçıvanı “heç bir üçüncü dövlətə güzəştə getməməsi” sənəddə yer almırdı. Naxçıvanın ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəm dərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət, keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində qurtarır”.

Göründüyü kimi, Qars müqaviləsinin V maddəsi ilə Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın bu müdafiəsini qəbul etdiyini təsdiqlədi. Müqavilənin ən əhəmiyyətli tərəflərindən biri də onun müddətsiz imzalanması idi.

Sovet Rusiyasının müqavilələrlə əlaqədar olan nümayəndələrinin (G.Çiçerin, B.Leqran, Y.Qanetski və başqa) təhriki ilə Naxçıvanın sərhədləri Gümrü və Moskva müqavilələrinə görə kiçildilib (Moskva müqaviləsinə görə Naxçıvanın sahəsi 6038 kvadratkilometr idi), Dəvəli, Arazdəyən və başqa ərazilər Ermənistana verilib. Artıq Naxçıvanın şimal-qərbdə Ermənistan ilə olan sərhədinin üç nöqtəsini Sədərək təşkil edir (Qars müqaviləsinə görə Naxçıvanın sahəsi 5753 kvadratkilometr olub, yəni 285 kvadratkilometr azalıb).

Akademik deyib: Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll edib. Bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib. Qars müqaviləsi Moskva müqaviləsinin maddələrinin, əsasən, təkrarından ibarət idi. Əgər Moskva müqaviləsi ilə Rusiya və Türkiyə müəyyən razılığa gəlmişdirsə, Qars müqaviləsinə görə belə razılıq Rusiyanın iştirakı ilə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında əldə edilmişdi. Bu müqavilənin tərəflər üçün mühüm əhəmiyyəti oldu. Türkiyə vaxtilə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiya ilə birlikdə Cənubi Qafqaz respublikalarının dəstəyini aldı. O, Cənubi Qafqaz respublikaları ilə, xüsusilə Ermənistanla münasibətlərini tənzimlədi, özünün bu respublikalarla olan sərhədlərinin təhlükəsizliyini təmin etdi. Bu müqavilənin Rusiya üçün də əhəmiyyəti var idi. Rusiya tanınmayan bolşevik hökuməti üçün Türkiyədən dəstək aldı. Türkiyə ilə sərhədlərində təhlükəsizliyi təmin etdi. Müqavilənin Cənubi Qafqaz respublikaları üçün də əhəmiyyətli cəhətləri var. Bu respublikaların Türkiyə ilə ərazi məsələləri həll edildi, onunla mehriban qonşuluq münasibətlərinin əsası qoyuldu.

Qars müqaviləsi Türk diplomatiyasının mühüm qələbəsi idi. Rusiyanın iştirakı ilə Türkiyə Cənubi Qafqaz respublikaları ilə Qars müqaviləsini imzalamaqla özünün Şərq siyasətinin qələbəsini təsbit etdi. 1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin üçüncü toplantısını açarkən Mustafa Kamal Atatürk deyib: “Azərbaycan, Gürcüstan, Ermənistan Sovet respublikaları ilə Moskva müqaviləsinin əsasları çərçivəsində Qarsda 13 oktyabr tarixli müqavilə imzaladıq. Bu müqavilə ilə Şərqdə hüquqi bir şəkil alan indiki vəziyyətimiz Sevr müqaviləsinin tətbiqinin qeyri-mümkün olduğunu göstərən reallıqlardan biridir”.

Naxçıvanın Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin təqribən 15 faizi Ermənistan tərəfindən qanunsuz zəbt olunub

Akademik vurğulayıb ki, Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilib. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası, Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilib. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilib və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.

Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd - Qars müqaviləsi

Xalqımızın ümummilli lideri Heydər Əliyev çox böyük uzaqgörənliklə Naxçıvanın muxtariyyət əldə etməsinə və bu sahədə Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın, Azərbaycanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

AMEA Naxçıvan Bölməsinin sədri qeyd edib ki, əgər Naxçıvanda 1921-ci il referendumu olmasaydı, Naxçıvanın muxtariyyət məsələsi gündəlikdən çıxarılacaq, Moskva və Qars müqavilələrində öz əksini tapa bilməyəcəkdi. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci il 8 fevral tarixli Sərəncam imzalayıb və Tədbirlər Planı təsdiq edilib. Həmin Sərəncamda deyilir: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.

Qars müqaviləsi ilə bolşevik və daşnak siyasətinin hədəfinə çevrilmiş Naxçıvan Azərbaycanın ərazisi olaraq beynəlxalq status qazandı. Naxçıvan diyarı əhalisinin qətiyyətli mövqeyi və Türkiyə Milli hökumətinin ardıcıl və səmərəli diplomatik fəaliyyəti nəticəsində Moskva və Qars müqavilələri ilə bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu. Moskva müqaviləsində muxtariyyətin əsası qoyulub, Qars müqaviləsində tərəflər onu təsdiq edib, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılıb, lakin SSRİ-nin yaranmasından sonra, 1923-cü il iyunun 16-da siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib və yalnız 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Naxçıvanın muxtariyyətinin daxili qanunvericiliklə yanaşı, qeyd olunduğu kimi, həm də beynəlxalq müqavilələrlə müəyyən olunduğunu diqqətə çatdıran İsmayıl Hacıyev bildirib ki, digər qurumlardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir. Bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib.

Şuşa Bəyannaməsi iki qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi

AMEA Naxçıvan Bölməsinin sədri qeyd edib ki, 1921-ci ildə imzalanmış Qars müqaviləsi bütün XX əsr boyu öz müsbət rolunu oynayıb və bu rol XXI əsrdə də davam edir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi qalibiyyətlə başa çatandan sonra 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi - Müttəfiqlik müqaviləsi iki qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini və uzunömürlülüyünü bir daha təsdiqlədi. Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir.

Akademik sonda vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikası uğurla və hərtərəfli inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Hazırda muxtar respublikada sosial-iqtisadi problemlərin həlli istiqamətində konkret tədbirlərin görülməsi, zəruri istiqamətlərin müəyyənləşdirilməsi Naxçıvanın davamlı və dayanıqlı inkişafına stimul verir. Dövlət siyasətinin muxtar respublikada məqsədyönlü şəkildə həyata keçirilməsi üçün göstərilən diqqət və qayğı nəticəsində həyatın bütün sahələrində uğurlar və nailiyyətlər əldə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib