Qarsda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Qars, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Qarsdakı Baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Qars valisinin müavini Karahan Daştan, bələdiyyə sədri Nevzat Bozkuş, diplomatlar, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda mübarizəsi, bu yolda verdiyi qurbanlar, Qanlı Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Diplomat vurğulamışdır ki, torpaqlarımızın ermənilər tərəfindən təcavüzünə qarşı etiraz edən dinc insanlara qarşı o zamanlar Sovet İttifaqına başçılıq edən Mixail Qorbaçovun göstərişi ilə 60 minlik ordu yeridilmiş, Bakıda 137 dinc insan amansızcasına qətlə yetirilmiş, 700 nəfər yaralanmışdır. Xalqımız üçün bu ağır günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu vandalizmə qarşı qəti etirazını bildirmişdir.
Sonra, mərasim iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə tamaşa etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qars
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]