“Qatar Airways” məhdud sayda reyslər həyata keçirəcəyini açıqlayıb
Bakı, 5 mart, AZƏRTAC
“Qatar Airways” hava məkanının bağlanması səbəbindən uçuş əməliyyatlarını müvəqqəti dayandırdığını və bu gündən etibarən məhdud sayda yardım reysləri həyata keçirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkət öz sosial hesabında məlumat yayıb. Bildirilib ki, uçuşlar Qətər Mülki Aviasiya İdarəsi hava məkanının təhlükəsiz şəkildə yenidən açıldığını elan etdikdən sonra tam bərpa olunacaq.
Qeyd olunub ki, ilkin mərhələdə Maskat–London, Berlin, Kopenhagen, Madrid, Roma və Amsterdam, həmçinin Ər-Riyad–Frankfurt istiqamətlərində uçuşlar planlaşdırılır.
Aviaşirkət sərnişinləri rəsmi bildiriş almadan hava limanına getməməyə çağırıb və uçuş məlumatlarının yenilənməsi üçün əlaqə məlumatlarını rəsmi veb-sayt və mobil tətbiqdə yeniləməyi tövsiyə edib. Şirkət vəziyyəti izlədiyini və əlavə məlumatların veriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]