Qayda pozuntularının qarşısı alınır
Bakı, 7 may (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, birinci rübdə Bağlar Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində keçirilmiş reydlər zamanı 238 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş və 1 milyon 170,9 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.
Xızı EŞ müəssisəsində 29 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 63,2 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 3,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Qayda pozuntuları arasında hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması və s. hallar üstünlük təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]