Qazaxıstan Çexiyaya uranın tədarükünə başlayacaq
Astana, 16 aprel, AZƏRTAC
“Kazatomprom” Milli Atom Şirkəti” SC və “ČEZ a. s.” Çexiya şirkəti Praqada Çexiyanın atom elektrik stansiyaları üçün Qazaxıstan təbii uran konsentratının tədarükünə dair müqavilə imzalayıb.
AZƏRTAC “Kazatomprom”a istinadla xəbər verir ki, saziş şirkətin Avropada mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsindən xəbər verir və onun qlobal uran bazarında mövqeyinin möhkəmlənməsinə kömək edir.
Növbəti yeddi il ərzində Qazaxıstanın uran tədarükü “Temelin” AES-də istifadə olunan “Westinghouse” enerji qurğularının urana tələbatının təxminən üçdə birini ödəyəcək. Bu, Çexiyanın enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin təmiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində nüvə enerjisinin rolunu artıracaq.
“ČEZ, a. s.” Mərkəzi Avropanın aparıcı enerji şirkətidir və nüvə enerjisinin inkişafında əsas rol oynayır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]