QAZAXISTAN GƏLƏCƏKDƏ XƏZƏRİN DİBİ İLƏ NEFT KƏMƏRİNİN ÇƏKİLMƏSİNİMÜMKÜN HESAB EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın “QazMunayQaz” Milli Neft-Qaz Şirkətinin prezidenti Uzakbay Karabalin ölkənin “Kabar” telekanalına müsahibəsində bildirmişdir ki, Qazaxıstan gələcəkdə Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsini mümkün hesab edir. Ölkənin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması üçün imzalanacaq dövlətlərarası saziş hazırdır və indi bu sənəd dövlət orqanları ilə razılaşdırılır. Onun sözlərinə görə, hazırda Qazaxıstan neftinin tankerlərlə Bakıya, oradan isə kəmər vasitəsilə Ceyhana göndərilməsi imkanları nəzərdən keçirilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə neft Kaşağan yatağından göndəriləcəkdir. Bu yataqdan çıxarılan neftin həcmi ildə 20 milyon tona çatdıqda isə dənizin dibi ilə Bakıya neft kəmərinin çəkilməsi zəruriliyi ortaya çıxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
- 08.10.2026 [11:20]
Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq
- 08.10.2026 [10:24]
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]