Qazaxıstan neft məhsullarının ixracına qoyulan qadağanı uzadır
Astana, 17 aprel, AZƏRTAC
Qazaxıstanın Energetika Nazirliyi benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına tətbiq edilən müvəqqəti qadağanın müddətini uzatmağı planlaşdırır.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir ki, neft məhsullarının avtomobil nəqliyyatı ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixracına qoyulan qadağa 21 maydan 21 noyabr 2026-cı ilədək uzadılır.
Həmçinin 2026-cı il iyulun 1-dən dekabrın 31-dək Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosininin, dizel yanacağının, qazoylların, toluolun, ksilolun və neft bitumunun ixracına tətbiq olunan qadağanın müddəti uzadılacaq.
Bu tədbirlər ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına və daxili neft məhsulları bazarında sabitliyin qorunmasına yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]