Qazaxıstan transformatorları Azərbaycan bazarına qayıdır
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan və Qazaxıstan qənnadı məmulatları, akkumulyatorlar və uzun fasilədən sonra transformatorların tədarükü haqqında müqavilələr bağlayıblar.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycandan olan nümayəndə heyətinin rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar barədə danışarkən bildirib.
Serik Jumanqarin deyib: “Razılaşmalar olduqca çoxdur. Bundan əvvəl biz ticarət-iqtisadi missiyalar keçirmişik və 25-30 milyon dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığa gəlmişik. Son ticarət-iqtisadi missiya çərçivəsində qənnadı məmulatları, akkumulyatorlar və uzun fasilədən sonra transformatorların tədarükü haqqında 55 milyon dollarlıq müqavilələr bağlamışıq. Bizim transformatorlar Azərbaycan bazarına qayıdır”.
Onun sözlərinə görə, Azərbaycan investorları Qazaxıstana çox səmərəli sərmayələr qoyurlar.
Nazir əlavə edib: “Onlar Aktauda 20 milyon dollarlıq “A” sinifli terminal kompleksi tikiblər. “Azersun” loqistika kompleksi tam yüklənməyib və biz onun yüklənməsində maraqlıyıq. Mən meyvə və tərəvəz məhsullarının tədarükünü artırmağı təklif etmişəm, çünki onlar Manqistau və Atırau vilayətlərində defisitdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]