DÜNYA
Qazaxıstan və Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı perspektivlərini müzakirə edib
Astana, 3 avqust, AZƏRTAC
Qazaxıstan nümayəndə heyətinin Moskvaya işgüzar səfəri çərçivəsində Qazaxıstan və Rusiyanın nəqliyyat departamentlərinin rəhbərləri Marat Karabayev və Roman Starovoyt arasında görüş keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, danışıqlar zamanı iki ölkənin nəqliyyat kompleksinin inkişafına dair genişspektrli məsələlər müzakirə olunub.
Xüsusən, dəmir yolu nəqliyyatı sahəsində fəal iş aparıldığı, hava əlaqəsinin daha da inkişafına diqqət yetirildiyi vurğulanıb.
Görüş əsnasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun, o cümlədən Rusiya limanları istiqamətində daşımaların inkişafı perspektivləri də müzakirə edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana