Qazaxıstanda snayper cütlüklərinin yarışı keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər. On yeddi ölkənin komandasının iştirak etdiyi yarışlar avqustun 9-da başa çatacaq.