Qazaxıstanla oyun öncəsi Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Azərbaycan Futzal Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub.
Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıdan istifadə edəcək.
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli.
Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei.
Qeyd edək ki, Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]