Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanlı ədəbiyyatşünas: Türk xalqlarının mədəni birliyi dil və poeziyadan başlayır

Qazaxıstanlı ədəbiyyatşünas: Türk xalqlarının mədəni birliyi dil və poeziyadan başlayır

Bakı, 5 yanvar, Günel Alıyeva, AZƏRTAC

Türk xalqlarının ortaq mədəni kodu ən aydın şəkildə poeziya və ədəbiyyatda, eləcə də adət-ənənələrdə və folklorda özünü göstərir. Biz bir vaxtlar vahid xalq idik, ona görə də dilimiz, adət-ənənələrimiz, dünyagörüşümüz və mədəni yaddaşımızda bu gün də asanlıqla tanınan ortaq elementlər qorunub saxlanılıb.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə müsahibəsində qazaxıstanlı yazıçı, ədəbiyyatşünas- alim Erkinbek Sarikbay danışıb.

Onun sözlərinə görə, bu kodlar musiqi ənənələrində, epik əsərlərdə, atalar sözləri və xalq mahnılarında izlənilir və müasir ədəbiyyatda və poeziyada yaşamağa davam edir. Qazaxıstan və Azərbaycan poeziyasında ortaq mədəni kodlar xüsusilə azadlıq, milli birlik, milli özünüdərk və tarixi tale mövzularında nəzərə çarpır.

Müsahibimiz vurğulayıb ki, Türk dünyasının ortaq mədəni kodu bu gün təkcə humanitar sahədə deyil, həm də dövlətlər arasında real həyatda qarşılıqlı əlaqələrdə - iqtisadi və sosial əməkdaşlıqda özünü göstərir.

“Məsələn, Qazaxıstan ilə Azərbaycan arasında son görüşlər zamanı hər iki ölkənin liderləri mədəni, elmi və iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetiriblər. Aprel ayında keçirilən danışıqlar zamanı hər iki dövlətin ticarəti genişləndirmək, sənaye əməkdaşlığı qurmaq və infrastruktur layihələrini, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək niyyətində olduğu vurğulanıb”, - deyə alim qeyd edib.

E.Sarikbayın sözlərinə görə, dəhliz vasitəsilə daşınan yüklərin həcmi ötən il 62 faiz artaraq 4,5 milyon tona çatıb; perspektivdə rəqəmin 10 milyon tona çatması nəzərdə tutulur. Bundan əlavə, Aktau limanında və Azərbaycanın Ələt limanında yeni konteyner və yük terminalları tikilir. Bu layihələr ticarəti və logistikanı yaxşılaşdırmaqla yanaşı, həm də müasir texnologiyaların tətbiqi, rəqəmsal transformasiya və iqtisadi inteqrasiya yolu ilə Türk dünyasının ümumi inkişaf strategiyasına töhfə verir.

“Ölkələrimizin ortaq mədəni kodları artıq ədəbiyyat və poeziyadan kənarda - iqtisadi qarşılıqlı əlaqədə və logistika sahəsində özünü göstərir, türk xalqlarının birliyini qoruyub saxlamağa kömək edir. Bu gün türkdilli şairləri ən çox yaradıcılıqların tematik və ideya oxşarlıqları, eləcə də aktiv ədəbi əlaqələr və xüsusən də gənclər arasında təcrübə mübadiləsi birləşdirir. Azadlıq, milli birlik, milli özünüdərk, tarixi-mədəni irsin qorunması, yeni dövrə baxış və qloballaşma kontekstində fərdin yerinin axtarışı kimi mövzular türk xalqlarının poeziyası üçün ortaqdır. Məhz bu tematik ortaqlıq türkdilli ədəbi məkanı vahid mədəni sahəyə çevirir və müasir türk şairlərinin yaradıcı iştirakını nümayiş etdirir”, - deyə Sarikbay bildirib.

Vahid türkdilli poetik məkanın formalaşmasından danışarkən o qeyd edib ki, son illərdə ədəbi təşkilatlar və antologiyalar türk xalqları arasında poetik əlaqələri nəzərəçarpacaq dərəcədə gücləndirir.

“2017-ci ildə Əkbər Qoşalı və İntiqam Yaşarın rəhbərliyi ilə “Dünya Gənc Türk Yazıçıları Birliyi” təşkilatı müasir Qazaxıstan ədəbiyyatında yeni tendensiyaları və poetik araşdırmaları əks etdirən “Yeni qazax poeziyasının antologiyası” kitabını nəşr etdi. 2018-ci ildə Astanada türkdilli poeziyanın mövzularının və formal xüsusiyyətlərinin ortaqlığını açıq şəkildə nümayiş etdirən “Yeni dövr Azərbaycan poeziyasının antologiyası” işıq üzü gördü. 2021-ci ildə isə “Yeni qazax poeziyasının antologiyası” Azərbaycan dilinə tərcümə edildi, bu da iki xalq arasında poetik körpünü daha da gücləndirdi”, - deyə həmsöhbətimiz əlavə etdi.

Bundan əlavə, ədəbiyyatşünas beynəlxalq ədəbi festivalların və onlayn platformaların müasir türkdilli poeziyasının inkişafındakı roluna diqqəti cəlb etdi.

“Türk Dünyasının Poeziya Festivalı”, “Gənc Türk Yazıçıları Forumu” kimi layihələr, eləcə də sosial mediada poeziya səhifələri və bloqlar gənc türkdilli müəlliflərə əsərlərini geniş auditoriyaya çatdırmağa kömək edir və onların yaradıcı təcrübələrini birləşdirir. Bu proseslər türkdilli poeziyanın vahid ədəbi məkan kimi inkişafına töhfə verir və ortaq türk mədəni kodlarının poetik sözə təsirini gücləndirir”, - deyə E.Sarikbay izah edib.

Qazaxıstan və Azərbaycan poeziyasında ən yaxın mövzulara toxunan professor, azadlıq, milli birlik, milli özünüdərk, tarixi tale və mədəni irsə hörmətin mərkəzdə olaraq qaldığını vurğuladı. Hər iki xalqın ədəbiyyatındakı bu motivlər əsrlər boyu inkişaf etmiş mənəvi və tarixi varisliyin təzahürü kimi qəbul edilir: “Son 20-25 ildə hər iki ölkədə yeni üslubi yanaşma yaranıb və gənc şairlər getdikcə azadlıq və müstəqillik, cəmiyyətdəki sosial və mədəni dəyişikliklər, eləcə də gənclərin müasir düşüncə və dünyagörüşü məsələlərini qaldırırlar”.

O, həmçinin əlavə edib ki, Azərbaycan şairləri milli tarixin müasir həyatla əlaqəsinin, sosial ədalət və bərabərlik mövzularının və fərdin cəmiyyətdəki rolunun dərk edilməsində əhəmiyyətli təcrübə toplamışlar.

“Bundan əlavə, hər iki ölkənin poeziyasında rezonans doğuran təbii obrazlar və lirik motivlər nəzərə çarpır. Səhralar, dağlar, çaylar və tarixi yerlər təkcə bədii detallar deyil, həm də milli özünüdərk və mədəni birliyin simvolu kimi çıxış edir. Bu obrazlar Qazaxıstan və Azərbaycan ədəbiyyatında tarixi və mədəni kodların birləşməsində mühüm rol oynayır”, - deyə müsahibimiz sözünü yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub