Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanlı şair niyə Qarabağ haqqında poema yazıb? Sayat Kamşıgerlə səmimi söhbət

Qazaxıstanlı şair niyə Qarabağ haqqında poema yazıb? Sayat Kamşıgerlə səmimi söhbət

Astana, 17 yanvar, AZƏRTAC

Yeni nəsil qazax şairlərinin nümayəndəsi olan Sayat Kamşıgerin yazdığı “Qarabağ” poeması Qarabağla bağlı faciəli və qəhrəmanlıq hadisələrinin bədii dərki olub.

Müəllif AZƏRTAC-a müsahibəsində poemanın yaranmasından, onun Qazaxıstan və Azərbaycanda oxucular tərəfindən necə qarşılanmasından danışıb.

- Sizi “Qarabağ” poemasını yazmağa konkret nə sövq etdi – hadisə, söhbət, yoxsa şəxsi təəssürat?

- 2020-ci ildə, 44 günlük müharibə zamanı mən Azərbaycan xalqı ilə dostluq əlaməti olaraq “İrəli, əsgərlər!” şeirini yazdım. Onu “Facebook” və “Instagram” sosial şəbəkələrində yayımladım. Az sonra Azərbaycan Ordusu qələbə qazandı. Qələbədən sonra həmin vaxt Azərbaycanın Qazaxıstandakı səfiri olan Rəşad Məmmədov informasiya və mənəvi dəstək göstərənləri – jurnalistləri, şairləri, ictimai xadimləri səfirliyə dəvət etdi. O, bizi səfirliyin böyük zalında qəbul etdi, biz çıxış etdik, şeirlər oxuduq. Görüşdə Oljas Süleymenov da iştirak edirdi və o da öz əsərlərini oxudu. Beləcə biz birlikdə Azərbaycanın Qələbəsini qeyd etdik. Məhz o zaman məndə fikir yarandı: niyə indi də poema yazmayım? Ayrı-ayrı şeirlərim və topladığım materiallar artıq var idi, lakin yenə də daxili tərəddüdlər keçirirdim. Mən üç dəfə Azərbaycana səfər etdim. Orada Birinci Qarabağ müharibəsinin iştirakçısı olan əsgərləri gördüm. Bakıda Şəhidlər xiyabanında – həlak olanların xatirəsinə həsr edilmiş müqəddəs məkanda oldum. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan qazax soydaşımız Erbol Barımbetovun məzarını ziyarət etdim. Zabitlərin, şəhidlərin və əsgərlərin ailələri ilə görüşdüm, həlak olanların anaları və həyat yoldaşları ilə söhbət etdim. Bizi yaxın dostumuz, Azərbaycan Milli Məclisinin mərhum deputatı Qənirə Paşayeva qəbul etdi. O, Birinci Qarabağ müharibəsinin hadisələri barədə mənə ətraflı danışdı, şəxsi xatirələrini bölüşdü. Bu, məni dərin sarsıtdı. Poemada, bir çox fəsillərdə mən onun sözlərindən də istifadə etdim. Dostlarım – şair və ictimai xadim Əkbər Qoşalı, “Okuklu” holdinqinin təsisçisi, sahibkar Yılmaz Okuklu, şair Aida Eyvazova səfərlərimdə mənə kömək etdilər. Biz Gəncəyə getdik. İkinci Qarabağ müharibəsi zamanı ora raket düşmüş, dinc sakinlər zərər görmüşdü. Biz həmin yerdə olduq. Qarabağa isə o zaman gedə bilmədik, ərazi minalanmışdı. İkinci dəfə də səfər baş tutmadı. Üçüncü dəfə artıq ailəmlə – həyat yoldaşım və oğlumla gəldim. Onlar da Azərbaycanda bu faciəli tarixlə bağlı bir çox yerləri gördülər.

Bundan əlavə, internetdə və müxtəlif kitablarda materialları araşdırdım. İki il ərzində bu məlumatları topladım, təhlil etdim və nəticədə iki ay ərzində poemanı yazdım.

- “Qarabağ” poemanız nədən bəhs edir və bu mövzuya müraciət edərkən qarşınıza hansı məqsədi qoymuşdunuz?

- Mən hesab edirəm ki, bu, qlobal və ümumbəşəri problemdir. Bir çox azərbaycanlı öz doğma yurdlarından – Qarabağdan qovulmuşdu. Nə qədər insan həlak oldu, nə qədər insan uzun illər evlərinə qayıda bilmədi. Bu, çox ağır faciədir. Təəssüf ki, belə faciələr başqa ölkələrdə də baş verir. Məhz buna görə türk xalqlarının birliyi çox vacibdir. Poemanın qazax şairi tərəfindən yazılması da bizim birliyimizə töhfədir. Qohum, yaxın bir ölkənin başına bəla gələndə biz birləşməliyik. Biz, qardaş xalqlar bunu yazmalı, danışmalı, yadda saxlamalı və həqiqəti yaymalıyıq. Belə mənəvi dəstək və maarifləndirmə çox vacibdir. Mən poema vasitəsilə qazax xalqının baş verən hadisələrin mahiyyətini anlamasını istədim. Poemanı oxuyanlar müharibənin səbəblərini və nəticələrini daha yaxşı dərk etməyə başlayırlar. Əvvəl poema Astanada “Әдебиет порталы” adlı ədəbiyyat portalında yayımlandı, qazax dilində onu təxminən 3500 nəfər oxudu. Daha sonra poema “Таң-Шолпан” ədəbi-bədii jurnalında da dərc olundu və orada da çoxlu sayda oxucu tərəfindən oxundu.

- Qazax oxucular poema ilə tanış olduqdan sonra sizə nə deyirlər?

- Qazax oxucular yazırlar ki, poema güclü alınıb, çünki real hadisələrə əsaslanan bədii əsərdir. Çoxları etiraf edir ki, əvvəllər baş verənlərin bütün mahiyyətini bilməyiblər. Oxuduqdan sonra nə baş verdiyini və niyə baş verdiyini anlamağa başlayırlar. “Qarabağ” sözü Türk dünyası üçün də xüsusi məna daşıyır. “Qara” sözü qazax dilində də var. O, təkcə “qara” deyil, həm də müqəddəs məna ifadə edir: qara şanıraq, qara qazan. Bu sözlə bağlı coğrafi adlarımız da var, məsələn, Mukaqali Makataevin vətəni Karasaz, Mahambet Ütemisovun adı ilə bağlı ərazi olan Karaoy. Qarabağ ümumi türk tarixi və mədəni irsinin bir hissəsidir. Biz bu irsi qorumalıyıq. Azərbaycan qoşunlarının Qarabağı – Şuşanı, Xankəndini, Zəngilanı, Füzulini, Ağdamı, Cəbrayılı, Qubadlını, Xocalını, Laçını və s. azad etməsinə səmimi-qəlbdən sevinirəm. Bunlar Azərbaycan xalqının torpaqlarıdır. Poemadan sonra mənim çoxlu azərbaycanlı dostlarım yarandı. Onların arasında yazıçı Etibar Muradxanlı da var. Onun və Əkbər Qoşalının iştirakı ilə poemanın Bakıda tərcüməsi və nəşri üzərində işə başladıq. Poema tamamlandıqdan sonra azərbaycanlı qələm dostlarımız tərcüməyə başladılar. Layihənin rəhbəri şair Əkbər Qoşalı oldu. Azərbaycan dilinə tərcüməni şair Elşən Əzim həyata keçirdi. Poemanın redaktoru – şair, professor Rəsmiyyə Sabirdir. Azərbaycan dilində nəşr olunan kitab Dünya Gənc Türk Yazarlar Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi oldu. Kitaba ön sözü bu İctimai Birliyin prezidenti Arzu Bağırova yazıb. Rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədovdur. Koordinatorlar şair Nilufər Lətif və yazıçı Etibar Muradxanlıdır.

- Azərbaycan oxucuları poemanı necə qarşılayır? Onların reaksiyası fərqlənirmi?

- Azərbaycan oxucuları da poemamı oxuyurlar. Kitabı Almatıdakı azərbaycanlılara da təqdim etdim, onlar onu böyük səmimiyyətlə qarşıladılar. “Qarabağ” kitabı beynəlxalq səviyyədə tanınıb, məsələn Avstraliyada keçirilən ədəbiyyat festivalında Yeni Zelandiya, Amerika və Avropa müəlliflərinin əsərləri ilə yanaşı Dünya PEN-şairlər klubunun xüsusi mükafatına layiq görülüb. Azərbaycan oxucuları bu poemanı oxuyanda anlayırlar ki, qazax qardaşları onların dərdini səmimi şəkildə bölüşüb və bölüşməkdə davam edirlər. Çünki bizim taleyimiz ortaqdır. Birlikdə olduqda heç nədən qorxmuruq. Allah eləməsin ki, sabah Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Türkiyədən olan türk qardaşlarımızın başına bir iş gəlsin – azərbaycanlılar da onların yanında olacaq, dəstək verəcək. Çünki qardaş xalqların taleyi bir-birinə bağlıdır və biz birlikdə olmalıyıq.

- Kitabla bağlı planlarınız nələrdir? Onu daha harada təqdim etmək istərdiniz?

- 2026-cı ildə Bakıda kitabın təqdimatını keçirməyi planlaşdırırıq. Bəlkə Şuşada da təqdimat təşkil etmək mümkün oldu. Bu niyyəti həyata keçirmək istəyirik. Mən hələ Şuşada olmamışam. Əvvəllər səfər planlaşdıranda orada hələ də mina sahələri qalırdı və bu ərazilərə səfər etmək təhlükəli idi. Bu dəfə Şuşaya getmək, hər şeyi öz gözlərimlə görmək, bərpa olunan şəhərlərə, eləcə də Qazaxıstanın dəstəyi ilə Qarabağ bölgəsində həyata keçirilən obyektlərə baxmaq və Qarabağ oxucuları ilə görüş keçirmək istəyirəm. Bakıda da belə bir tədbir keçirmək arzumdur. Tədbirin dəqiq vaxtı və formatı hələ müəyyən edilməyib, lakin ideya artıq var və onu reallaşdırmaq lazımdır.

Bundan əlavə, kitabın Almatı və Astanada da təqdimatını keçirmək istərdim.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub