Qazaxlı kümçülər ton yarım barama təhvil veriblər
Qazax, 12 iyun, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda barama tədarükü davam edir. Kümçülər artıq “Azəripək” MMC-yə 1568 kiloqram barama təhvil veriblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 130 qutu ipəkqurdu toxumu bəslənilib. Cari mövsümdə Qazax rayonunda 5 ton barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən “Azəripək” MMC tərəfindən vətəndaşlara əlavə 4 manat ödənilir.