İDMAN
“Qəbələ” klubu Avstriyada üç yoxlama oyunu keçirəcək
Bakı, 29 iyun, AZƏRTAC
“Qəbələ” 2017/2018-ci il mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın Zalsburq bölgəsində bir araya gəliblər. Komanda toplanışın ilk gününü bir məşqlə tamamlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, iyunun 7-23-də Avstriyanın Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda üç yoxlama oyununda qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [18:07]
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]