QƏBƏLƏDƏ QUM-ÇINQIL ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dəmiraparan çayının sahilində yerləşən zavodda üç adda məhsul istehsal ediləcək. Bununla da rayon əhalisinin Mingəçevirdən qum, çınqıl gətirməsinə ehtiyac qalmayacaq.
Açılış mərasimində iştirak edən Milli Məclisin deputatı Fəttah Heydərov qəbələliləri yeni obyektin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ölkəmizdə iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin açılması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən söhbət açmışdır.
Müəssisədə hazırda 100 nəfərin işlə təmin olunduğu, gələcəkdə onun fəaliyyətinin daha da genişləndiriləcəyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]