Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərb politoloqu: İranın şimal sərhədində pozucu fəaliyyəti diqqət mərkəzində olmalıdır

Qərb politoloqu: İranın şimal sərhədində pozucu fəaliyyəti diqqət mərkəzində olmalıdır

Bakı, 4 fevral, AZƏRTAC

Tanınmış Qərb politoloqu, “Heritage” Fondunun Daqlas və Sara Elison Mərkəzinin direktoru Lyuk Kofi Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində “Gözünüzü İranın şimal sərhədindən ayırmayın” sərlövhəli analitik məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, politoloq ötən ilin avqustunda Londonda və bu yaxınlarda Tehranda radikal dini qruplaşmaların Azərbaycanın diplomatik nümayəndəliklərini hədəf aldıqlarını diqqətə çatdıraraq yazıb: “Tehranda Azərbaycan səfirliyinə hücum edən silahlı şəxsin bu mənfur terror aktından bir neçə saat sonra İran telekanallarına müsahibə verməsi təəccüb doğurur. Sözügedən insidenti “terror aktı” adlandıran rəsmi Bakı öz diplomatlarının və onların ailə üzvlərinin təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə məcbur oldu. İran bu hadisənin siyasi deyil, şəxsi zəmində baş verdiyini bəyan etsə də, hər kəsə məlumdur ki, burada bir sıra şübhəli məqamlar mövcuddur. Ən azı, silahlı şəxsin hücumu İranın 1961-ci il diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əsasən öz hüquqi məsuliyyətlərini kobud şəkildə pozması idi. İranın da qoşulduğu bu sənəd ev sahibi dövlətlərdən “missiyanın binalarını hər hansı müdaxilə və ya zərərdən qorumaq üçün bütün lazımi addımları atmaqla” səfirlikləri qorumağı tələb edir. Aydındır ki, Tehran öz öhdəliklərini yerinə yetirməyib. Tehranla Bakı arasındakı gərgin münasibətləri və İranın səfirliklərə hücum etmək meyilini nəzərə alsaq, bu silahlı şəxsin İran təhlükəsizlik xidmətlərinin göstərişi ilə hərəkət etməsi ehtimalı istisna oluna bilməz”.

Politoloq qeyd edib ki, Azərbaycan səfirliyinə edilən bu hücum həyəcan təbili çalmaq üçün əsasdır. Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi, ilk növbədə, Yaxın Şərqlə bağlı cəmləşsə də, əsrlər boyu Tehran Cənubi Qafqazda da fəal rol oynayıb. Bu gərginliyin kökündə 1828-ci ildə Rusiya imperiyası və İran arasında bağlanmış Türkmənçay müqaviləsi ilə Araz çayı boyunca Azərbaycan torpaqlarının iki hissəyə bölünməsi dayanır. İndi İranda milyonlarla etnik azərbaycanlı yaşayır, onlar zaman-zaman müstəqillik və öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparıblar.

L.Kofi vurğulayıb ki, Azərbaycan dünyanın şiələrin çoxluq təşkil etdiyi azsaylı ölkələrindən biri olsa da, heç vaxt İranın nəzarəti və təsiri altına düşməyib. Azərbaycanın İsraillə də sıx əlaqələri var. İsraildən kənarda dünyanın ən böyük yəhudi yaşayış məntəqəsi Azərbaycandadır. Bu, Tehranı daim narahat edir.

Politoloq diqqətə çatdırıb ki, İranın Azərbaycanın regional rəqibi olan Ermənistanla yaxşı münasibətləri var. 2020-ci ildə Azərbaycan-Ermənistan müharibəsi zamanı İran öz ərazisindən Ermənistana silah daşınmasına şərait yaradıb. Tehran, həmçinin beynəlxalq iqtisadi sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edib. İndi də iki ölkə arasında genişlənən hərbi əlaqələr var. İran Ermənistana PUA-lar və tank əleyhinə silahlar verib. ABŞ Dövlət Departamentinin məlumatına görə, 2008-ci ildə Ermənistan hətta İranı İraqdakı Amerika hərbçilərinə qarşı istifadə olunan raketlər və silahlarla təchiz edib. Bundan başqa, İran Xəzər dənizində də bir neçə təxribat törədib. İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və qırıcı təyyarələrinin Xəzərdə Azərbaycanın dəniz və hava sərhədlərini pozması halları da baş verib.

Müəllif qeyd edib ki, ötən həftə Tehrandakı səfirliyinə edilən hücuma cavab olaraq, Azərbaycanın təhlükəsizlik xidmətləri ölkədə fəaliyyət göstərən İran casuslarından 40 nəfərlik ibarət şəbəkəni ifşa edib. Bu, son bir ildə Azərbaycan daxilində ikinci belə əks-kəşfiyyat əməliyyatıdır. 2020-ci ildən İran Azərbaycanla sərhəddə indiyədək görünməmiş miqyasda hərbi təlimlər keçirir. Ötən ilin oktyabrında İran hərbçiləri hətta Araz çayından keçid üzrə təlim də keçiblər. Təəccüblü deyil ki, Azərbaycan bunu təxribat xarakterli addım hesab edib.

L.Kofi sonda vurğulayıb: “Ərəb Xəbərləri Tədqiqat və Araşdırmalar Mərkəzinin bu yaxınlarda dərc etdiyi “Cənubi Qafqaz və Körfəz: üst-üstə düşən maraqlar və genişləndirilmiş əməkdaşlığın faydaları” adlı hesabat Azərbaycan ilə Körfəz ölkələri arasında İranla bağlı üst-üstə düşən narahatlığı ən yaxşı şəkildə əks etdirir. Hesabatda deyilir: “İran dəfələrlə özünü həm Körfəz, həm də Cənubi Qafqaz regionları üçün aqressiv və problemli qonşu kimi göstərib. Bəzi Körfəz və Cənubi Qafqaz ölkələri arasında bu kontekstdə aparılacaq məsləhətləşmələr və koordinasiya regional sabitliyi təmin etmək və İranın bədxah təsirini zərərsizləşdirmək baxımından faydalı olacaq. Dünyanın diqqətinin Tehranın Suriyadakı fəaliyyətinə, İraqın şimalındakı raket hücumlarına, Körfəzdə sabitliyi pozan terror aktlarına yönəldiyi bir vaxtda gözümüzü İranın şimal sərhədindən ayırmaq ağılsızlıq olardı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO