Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistana təzyiq etməyə çağırır
Bakı, 31 avqust, AZƏRTAC
Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbi ilə imtina edildiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının həmin məsələ ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin mümkün ehtiyacını ödəmək üçün 40 ton unu Ağdam-Xankəndi yolu vasitəsilə aparmağa çalışır. Lakin həmin bölgədəki qondarma rejim Ermənistanın fitnəsi ilə Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir.
Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir.
“Hər bir halda, Ermənistanın bu addımı bu dövlətin irqçi siyasətini və mülki əhalinin humanitar ehtiyaclarından siyasi məqsədlərlə sui-istifadə edəcək dərəcədə riyakar və qəddar olmasını göstərir.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]