Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana qayıdış prosesi bir milyon insanı əhatə edir

Qərbi Azərbaycana qayıdış prosesi bir milyon insanı əhatə edir

Bakı, 2 fevral, AZƏRTAC

Qərbi Azərbaycana qayıdış prosesi bir neçə istiqaməti əhatə edir. Birinci istiqamətə deportasiyanın müxtəlif dövrlərində - XX əsrin əvvəllərində, 1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində, eləcə də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan yerli azərbaycanlılar barədə məlumat bazasının tərtib olunması - arxivlərin, əmlak sənədlərinin bərpası, insanların həmin yerlərdə malı-mülkü barədə xatirələrinin toplanması daxildir. İkinci istiqamət tarixi məlumat bazasının formalaşdırılmasıdır. Buraya regionun tarixi, əhalimiz, Qərbi Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, memarlığı, əzəli Azərbaycan torpaqları, o cümlədən İrəvan xanlığı barədə məlumatlar aid edilir. Bu kontekstdə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması prosesində mənim təkliflərim epiqrafik məlumat bazasının yaradılmasının vacibliyi ilə bağlı idi. Sovet dövründə bu cür tədqiqatlar Məşədixanım Nemət və digər alimlər tərəfindən aparılırdı. Hesab edirəm ki, etnoqrafiya, epiqrafika öyrənilməlidir. Azərbaycan mədəniyyəti və memarlığının müasir erməni xalqının formalaşmasına necə təsir göstərməsini paralel olaraq dünyaya nümayiş etdirmək lazımdır. Biz bununla bir çox məsələləri həll edə və göstərə bilərdik ki, ermənilər gəlmə xalqdır, orada yaşayanlara bizim mədəniyyətin və Azərbaycan dövlətlərinin əhəmiyyətli təsiri olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun Şimali Qafqaz üzrə kafedrasının dosenti, Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması prosesinin iştirakçısı Rizvan Hüseynov bildirib.

Onun fikrincə, tarixi ədalətin bərpası üçün məscidlərin, karvansaraların, qalaların, məqbərələrin - indiki Ermənistan ərazilərindəki Azərbaycan irsinə aid bütün elementlərin geniş epiqrafik, mədəni bazasını vahid şəklə salmaq lazımdır. İrəvan xanlığının, ona qədər isə Çuxursəd bəylərbəyliyinin və daha qədim kiçik dövlətlərin siyasi rolunu tam öyrənmək və əcdadlarımızın nəsillərdən-nəsillərə bu torpaqlarda dövlət yaratmalarını, buradakı xalqlara rəhbərlik etmələrini, həm bizdə, həm də qonşu regionlarda ciddi siyasi qüvvəyə sahib olmalarını göstərmək lazımdır.

“Yəni biz burada məsələnin hüquqi aspektləri barədə də danışa bilərik. İlk növbədə, bu, doğma torpaqlara qayıtmaq hüququdur. Bunun üçün əsası hər bir insana öz ərazisində yaşamaq, mal-mülkünə sahib olmaq hüququnu təmin edən Helsinki Yekun Aktı, Birləşmiş Millətlər Təşkilatının qətnamələri təşkil edir, əks halda bunun qarşılığı, kompensasiya ödənməlidir. Əks halda , tarixi tərkib olmadan hüquqi sənədlərdə azərbaycanlıların öz Vətəninə - Qərbi Azərbaycana qayıdışının mühümlüyünü əsaslandırmaq çətin olacaq. Beləliklə, məsələnin tarixi və hüquqi aspektləri ümumi kontekstdə ondan ötrü nəzərdən keçirilməlidir ki, beynəlxalq ictimaiyyət azərbaycanlıların qayıdış hüququnu və ya məhv edilmiş əmlakı üçün kompensasiya hüququnu təmin edə bilsin”, - deyə R.Hüseynov bildirib.

Tarixdə presedentlərin mövcudluğu barədə suala cavabında həmsöhbətimiz qeyd edib ki, sovet dövründə onlarca xalqın, o cümlədən Qafqaz xalqlarının deportasiyası həyata keçirilib. Sonra onlar qismən qayıdıblar, lakin təəssüf ki, tam kompensasiya və onların əmlakının bərpası təmin olunmayıb.

“Digər misal - Məhsəti türkləridir. Onların tarixi vətənlərinə - Gürcüstana qayıdışı çox az miqyasda başlayıb. Lakin burada da əmlakın qaytarılması, mədəniyyət abidələrinin, məscidlərin və sairin bərpası ilə bağlı hüquqi müstəvidə olduqca çox problem var. Görürük ki, nəzərdən keçirilən proses həmişə çətinliklərlə müşayiət olunub. Çünki bu cür proseslər çoxlaylıdır, çoxsəviyyəlidir və birbaşa dövlət dəstəyi tələb edir. Bizim dövlətin bu prosesdə bilavasitə marağı var. Ona görə də nəzərdə tutulanları həyata keçirmək üçün xüsusi maneələr yoxdur. Erməni millətçiləri azərbaycanlı əhalini təkcə indiki Ermənistan ərazisindən deyil, həm də Qarabağdan qovublar. Əgər Qarabağ erməniləri bizim ərazimizdə yaşamaq istəyirlərsə, o halda bu, bizə azərbaycanlı əhalinin Ermənistan ərazilərinə qayıdışını tələb etmək hüququ verir. Əgər İrəvan Qarabağ erməniləri üçün hansısa əlavə imtiyazlar təkid etməyə çalışarsa, Bakı azərbaycanlı əhalinin Qərbi Azərbaycana qayıdışını əsaslandırmaq üzrə öz səylərini birmənalı olaraq dəfələrlə artırmalıdır”, - deyə ekspert fikirlərini bildirib.

Prosesin vaxt çərçivəsinə gəlincə, R.Hüseynov hesab edir ki, yaxın bir neçə il məlumat toplamaq, bazanın, o cümlədən hüquqi, tarixi sənədlər bazasının yaradılmasına sərf olunacaq. “Biz beynəlxalq təşkilatlara qovulanların və onların nəsillərinin dəqiq siyahısını təqdim etməliyik. Söhbət böyük rəqəmdən - təqribən bir milyon insandan gedir. Qeyd etmək lazımdır ki, ən azı 2025-ci ilədək Azərbaycan əhalinin işğaldan azad olunmuş torpaqlara - Qarabağa qayıdışı prosesi ilə məşğul olacaq. Qərbi Azərbaycana qayıdış üçün paralel olaraq səylər göstəriləcək. Buna görə də bu gün heç kim konkret müddət barədə dəqiq danışa bilməz, lakin bu məsələyə təxminən 5-7 ildən də çox vaxt sərf oluna bilər”, - deyə Qafqaz Tarixi Mərkəzinin direktoru fikirlərinə yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub