Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbin Azərbaycana təzyiqlərinin arxasında nə dayanır? ŞƏRH

Qərbin Azərbaycana təzyiqlərinin arxasında nə dayanır?  ŞƏRH

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan növbəti qlobal tədbirə ev sahibliyi etmək ərəfəsində Qərb dünyasının güclü diplomatik və ideoloji təzyiqləri ilə üzləşir. Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkəmizə qarşı siyasidən tutmuş iqtisadiyə qədər müxtəlif xarakterli ittihamlar səsləndirilir, Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələrə dair dezinformasiyalar tirajlanır, bəzi mərkəzlər isə Bakıya qarşı sanksiyaların tətbiqi təşəbbüsünü ortaya atırlar. Buna səbəb əlbəttə, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, Azərbaycanın heç kimdən maddi yardım almadan işğaldan azad olunan əraziləri sürətlə bərpa etməsi, ölkə iqtisadiyyatının isə dayanıqlılıq və sabitlik nümayiş etdirməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

O qeyd edib ki, bütün bu amillər qlobal miqyasda yeni “Marşall planı”nı həyata keçirməyə başlayan supergücün – Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqlarına uyğun deyil. Nəticədə ABŞ administrasiyası, Dövlət Departamenti, həmçinin “New York Times” və “Washington Post” kimi nüfuzlu nəşrlər, USAID, “Fredoom Hause”, “Amnesty International” tipli beynəlxalq QHT-lər anti-Azərbaycan tezislər sıralayaraq ölkəmiz əleyhinə qara piar aparır. Prezident İlham Əliyev istər Şuşa Qlobal Media Forumunda, istər Milli Məclisdəki çıxışında, istərsə də Cəbrayıl sakinləri ilə görüşündə Azərbaycana qarşı diplomatik və informativ hücumların xarakterini açaraq, bunu Qərbin ikili standartları kimi dəyərləndirdi. Lakin həm Vaşinqton, həm də onun avropalı ortaqları Bakı ilə əməkdaşlıqda maraqlı olduqlarını deyərək ictimai fikri çaşdırmağa səy göstərirlər. Həqiqətən də, Birləşmiş Ştatlar və müttəfiqlərinin Azərbaycan əleyhinə bu qədər təbliğat apardığı, 907-ci düzəlişi yenidən qüvvəyə mindirdiyi, Ermənistanda hərbi baza yaratdığı, məğlub ölkənin militarizasiyasına dəstək verdiyi bir dövrdə Bakı ilə əməkdaşlıqdan dəm vurmaları, özlərini Azərbaycanın dostu kimi təqdim etmələri siyasi riyakarlığın pik nöqtəsidir.

“Azərbaycan Prezidenti öz çıxışlarında hər zaman dünya birliyini qlobal problemlərə qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırır. Koronavirusla mübarizə, iqlim dəyişiklikləri ilə mübarizə, vaksin millətçiliyinə qarşı mübarizə, neokolonializmlə mübarizə, kiçik ada dövlətlərinə yardım təşəbbüsü, eləcə də Cənubi Qafqazda əməkdaşlıq kimi çağırışlar faktiki, ölkəmizin və onun liderinin beynəlxalq səviyyədəki xarizmasını müəyyən edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir. Lakin bu sıçrayışlı inkişaf bəlli mərkəzləri narahat edir və onlar Azərbaycanı asılı vəziyyətə salmaq üçün müxtəlif gizli direktivlər hazırlayırlar. Prezident İlham Əliyev “Azərbaycan əleyhinə müraciətlər ABŞ Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar bizi hədələmək üçün” ifadəsi ilə Qərb mətbəxlərində hazırlanan məkrli planların mahiyyətinə tam aydınlıq gətirir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, COP29 zirvə görüşü kollektiv Qərbin həm Cənubi Qafqaz, həm də Azərbaycanla bağlı gələcək hədəflərinin xarakterini müəyyənləşdirəcək. Çünki, bu dəfə anti-Azərbaycan kampaniyası Ermənistanın yeni müharibəyə təşviqi fonunda həyata keçirilir, Qarabağı tərk edən ermənilərin məsələsi insan hüquqları kontekstindən gündəliyə gətirilir, bu məqsədlə separatçı liderlər və onların əlaltılarının beynəlxalq tribunalara çıxışları təmin edilir. Bir sözlə, Qərb COP29 faktoru reallığında həm Cənubi Qafqazla bağlı geosiyasi paradiqmalarına yeni nəfəs verir, həm də Bakının qlobal iqlim dəyişiklikləri ilə mübarizənin effektivliyi naminə maliyyə fondunun yaradılması təşəbbüsünə zərbə vurmağa çalışır. Azərbaycanı qazıntı yanacağına sahib ölkə kimi ittiham etmək onun enerji strategiyasına kölgə salmaq məqsədi daşıyır. Dövlətimizin başçısının da vurğuladığı kimi, neft sərvətinə sahib olmaq bizim günahımız deyil. Halbuki, Azərbaycan 2004-cü ildən etibarən alternativ enerjiyə keçid strategiyasını irəli sürüb və hazırda bərpaolunan enerji siyasətinə keçidə ən çox töhfə verən dövlətlər sırasındadır. 2022-ci ilin dekabrında Buxarestdə “yaşıl dəhliz” üzrə 4 ölkə arasında imzalanmış saziş Azərbaycanın ənənəvi enerjidən tədricən yaşıl enerjiyə keçid siyasətinin illüziya deyil, real olduğunu təsdiqləyir.

“Amma görünən odur ki, Bakı iqlim sammitini “iqnor” etməyə çalışan ölkələr məhz iqlim maliyyələşməsində iştirak etməməyi və enerji sektoruna dair layihələri ertələməməyi üstün tuturlar. Bu günlərdə Baş naziri COP29 sammitində iştirak etməyəcəyini deyən Norveç ətraf mühitə ən çox zərər vuran ölkələrdən biridir. Hesablamalara görə, bu ölkə bir neçə il bundan öncə Barents dənizində qazıntı işləri aparmaq üçün 125 yeni yatağı istismara daxil edib. Norveç 2018-ci ildə ətraf mühitə 53 milyon ton karbon qazı buraxıb ki, bu da onun 2017-ci il göstəriciləri ilə müqayisədə 200 min ton çox ziyan deməkdir. Deməli, iqlimə daha çox zərər vuran ölkənin qlobal iqlim sammitini boykot etməsi siyasi sifarişdir və merkantil məzmun daşıyır. Azərbaycanın COP29-a ev sahibliyi etmək hüququna malik olmadığını deyən Fransanın da anti-Azərbaycan siyasətinin təməlində siyasi motivlər, rəsmi Bakının fransız neokolonializminə qarşı mübarizəsinin Parisdə yaratdığı şok effekti dayanır.

Bununla belə, Azərbaycan Prezidenti dünya birliyinin də təqdir etdiyi prinsipial siyasətini davam etdirir və gec-tez bədxah dairələr proqressiv qüvvələrin arqumentləri qarşısında geri çəkilməli olacaq. Planetin sabahı naminə ən humanist təşəbbüslərin müəllifləri sırasında Azərbaycanın ilk pillələrdə qərarlaşması isə ölkəmizin yeni dövr missiyasının hədəflərinə doğru inamla irəlilədiyindən xəbər verir”, - deyən Əlibala Məhərrəmzadə fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı