Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 19 fevral, AZƏRTAC
Ötən il noyabrın 2-də Binəqədi rayonu ərazisində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Binəqədi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla 1981-ci il təvəllüdlü Qədir Qasımovun tanışı Zülfiyyə Xamoyevanın yaşadığı mənzilə qanunsuz daxil olub bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qədir Qasımova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 12.10.2026 [11:06]