Qeyri-sabit hava şəraitinə baxmayaraq uçuşlar cədvələ uyğun həyata keçirilir
Bakı, 21 fevral, AZƏRTAC
Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.
Hava limanından AZƏRTAC-a bildirilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülməkdədir. Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]