QƏZA VƏZİYYƏTİNDƏ OLAN BİNALAR QEYDİYYATA ALINIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədə qəza vəziyyətində olan binaları müəyyənləşdirmək məqsədi ilə xüsusi komissiya yaradılmışdır. Komissiya binalarda inventarlaşdırma apararkən şəhərin Vəli Xuluflu və Qərb küçələrində, habelə 3-cü mikrorayondakı bəzi binalarda çökmə, bəzilərində isə çatlar aşkar etmişdir. Hazırda həmin binalarda qəza vəziyyətini aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirilir.