QƏZA VƏZİYYƏTİNDƏ OLAN BİNALAR QEYDİYYATA ALINIR
Gəncədə qəza vəziyyətində olan binaları müəyyənləşdirmək məqsədilə xüsusi komissiya yaradılmışdır. Şəhər icra hakimiyyəti başçısının müavini Şahmalı Cavadov müxbirimizlə söhbətində demişdir ki, komissiya binalarda inventarlaşdırma apararkən şəhərin Vəli Xuluflu və Qərb küçələrində, habelə 3-cü mikrorayondakı bəzi binalarda çökmə, bəzilərində isə çatlama halları aşkar etmişdir. Hazırda həmin binalarda qəza vəziyyətini aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirilir.