QHT YENİ LAYİHƏ HƏYATA KEÇİRƏCƏK
QHT-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, işlər məktəblilərin yaradıcılıq təfəkkürünün inkişafına, müasir ictimai inkişafa marağının artmasına kömək göstərilməsinə dair bir neçə istiqamətdə aparılmışdır.
Təhsil müəssisələrində “QHT-nin inkişafı və siyasi dialoq” mövzusunda keçirilən silsilə məşğələlərdən sonra ən yaxşı inşa işi müsabiqəsi təşkil olunmuşdur. Yazılarda şagirdlər cəmiyyətdə baş verən proseslərlə bağlı fikirlərini ifadə etmişlər. Altı orta məktəbdə keçirilən tədqiqat göstərmişdir ki, uşaqların əksəriyyətinin mənəvi dəstəyə ehtiyacı var. Bununla əlaqədar, QHT artıq bu il “Filantropiya və onun cəmiyyətdə rolu” mövzusunda yeni layihə həyata keçirmək niyyətindədir.