Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşlarla görüşəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin sentyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 22-si saat 10:00-da Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 44 ünvanında vətəndaşlarla görüşəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 21-dək qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]