Qırğızıstan “TikTok”u bloklayır
Baku, 30 avqust, AZƏRTAC
Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkə ərazisində “TikTok” sosial şəbəkəsini bloklamaq qərarına gəlib. Bu barədə AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir.
Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, idarənin ünvanına uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir edən “TikTok” sosial şəbəkəsinin zərərli təsiri ilə bağlı bir sıra qeyri-hökumət təşkilatlarından narahatlıq ifadə edən müraciətlər daxil olub.
Qeyd olunur ki, “TikTok” istifadəçini virtual qısa kliplər dünyasına qərq edir, onlara baxdıqdan sonra yeniyetmələr bu və ya digər videoları təkrarlamağa çalışır və bəzən həyati təhlükə ilə qarşılaşırlar. Bundan başqa, uşaq psixikası hələ sabit deyil və hələ yenicə formalaşır. Bu cür məzmun isə asılılıq yaradaraq, böyüməkdə olan nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]