Qırğızıstanda 21 tibb işçisi koronavirusa yoluxub
Bişkek, 17 iyun, АZƏRTAC
Son 24 saat ərzində Qırğızıstanda 21 tibb işçisi COVID-19 virusuna yoluxub. Beləliklə ölkə üzrə bu virusa tutulan tibb işçilərinin sayı 495 nəfərə çatıb, onların 367-si sağalıb.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, son sutkada 90 nəfər koronavirusa yoluxub və xəstələrin ümumi sayı 2562-yə çatıb. Ötən gün 1 xəstə dünyasını dəyişib. Ümumilikdə, Özbəkistanda bu virusdan 30 nəfər həyatını itirib.
N.Usenbayev bildirib ki, son sutkada 54 pasiyent, ümumilikdə isə 1901 xəstə sağalıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]